Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliya növbəti 10 ildə müdafiə xərcləri üçün əlavə 50 milyard dollar büdcə ayıracaq
Avstraliya növbəti 10 ildə müdafiə xərcləri üçün əlavə 50 milyard dollar büdcə ayıracaq

Avstraliyanın müdafiə naziri Riçard Marles qarşıdakı 10 ildə müdafiə xərcləri üçün 50 milyard dollarlıq əlavə büdcə ayrılacağını açıqlayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, "ABC News"un məlumatına görə, Avstraliya Milli Mətbuat Klubunda çıxış edən Marles “İnteqrasiya edilmiş İnvestisiya Proqramı” (IIP) və ölkənin müdafiə büdcəsinin artırılması planını ehtiva edən 2024-cü il Milli Müdafiə Strategiyasını təqdim edib.

Marles, 10 illik müddətdə Avstraliyanın müdafiə büdcəsinə 50 milyard dollar əlavə ediləcəyini, 72,8 milyard dolların isə mövcud xərclərin yenidən təşkili ilə müdafiə xərclərində istifadə edilə biləcəyini buldirib. Nazir qeyd edib ki, hökumətin yeni planı çərçivəsində uzaqmənzilli raketlərin, hədəf nişanlı və avtonom silah sistemlərinin hazırlanmasına 1 milyard dollardan çox vəsait ayrılacaq.

Marles vurğulayıb ki, hökumət ölkənin müdafiəsi üçün Asiya Sakit Okean regionuna diqqət yetirməli və ölkə sərhədlərini qorumaqla məhdudlaşmamalıdır: "Hər hansı bir ssenaridə Avstraliyaya hücum ehtimalı azdır, çünki düşmən Avstraliya torpağına ayaq basmadan (ölkəyə) çoxlu ziyan vura bilər", - deyib.

Avstraliyanın ticarətə "asılı" olduğunu və yanacaq ehtiyacının təxminən 85 faizini Cənubi Koreya, Sinqapur və Malayziyadan idxal etdiyini xatırladan Marles: "Biz həqiqətən dənizdə rabitə şəbəkəsindən asılıyıq. Dəniz marşrutu ilə bağlı qaydalar bizim üçün hər şeydir", - deyib.

Müdafiə sahəsində təxminən 4400 işçiyə ehtiyac olduğunu ifadə edən Marles, “Avstraliyadan olmayan bəzi vətəndaşların” da immiqrasiya proqramı ilə orduya qatıla biləcəyinə diqqət çəkib. Elan edilən yeni proqramın Avstraliyanın müdafiə sahəsindəki prioritetlərinə diqqət yetirəcəyini və ölkənin maraqlarını təhdidlərə qarşı qorumağı hədəflədiyinə diqqət çəkən Marles, hökumətin müdafiə sahəsinə "tarixi sərmayə" etdiyini söyləyib.

Proqramda sualtı gəmilərin inkişafı, kosmos və kiber sahələrə digər böyük investisiyalar üçün təxminən 76 milyard dollar xərclənəcəyi açıqlanıb. Avstraliyanın müdafiə büdcəsindəki bu artımla müdafiə xərclərinin 2033-2034-cü illərdə ölkənin ümumi daxili məhsulunun təxminən 2,4 faizini təşkil edəcəyi bildirilir.

Bundan əlavə, Avstraliya fevralın 20-də donanmasını ikiqat artırmaq və modernləşdirmək üçün 7 milyard dollarlıq büdcə ayıracağını açıqlayıb.

Qadir, Bizimyol.info

Qeyd: Dünyada baş verən son hadisələrdən sonra dövlətlər yenidən silahlanmaya üstünlük verməyi planlaşdırırlar.

Son xəbərlər
Bütün xəbərlər »