Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanı silahlandıran edən Fransa, səfiri geri çağırmaqla ikili münasibətlərə özü zərər vurur"
"Ermənistanı silahlandıran edən Fransa, səfiri geri çağırmaqla ikili münasibətlərə özü zərər vurur"

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, – məlumatda vurğulanır. Fransa Xarici İşlər Nazirliyi "Azərbaycanın ikili münasibətlərə zərər vurduğu"nu bildirib.

Qəbul etməliyik ki, səfirin geri çağrılması əslində münasibətlərin səviyyəsi və vəziyyəti ilə bağlı narahatlığa işarədir. Məsləhətləşmələr də bu münasibətlərin ya bərpasına ya da mövcud mənfi situasiyanın növbəti mərhələyə keçirilməsinə işarə ola bilər.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırılmasının əsas günahkarı Fransa siyasi hakimiyyətidir. Bu da o deməkdir ki, Fransa ölkəmizə yönəlik düşmənçilik siyasətini davam etdirəcəkdir. Azərbaycan Fransa ilə münasibətlərin yüksək səviyyədə qurulması üçün əlindən gələni etmiş və ölkələrin birgə iştirakı ilə iqtisadi, sosial, humanitar layihələr icra olunmuşdur. 30 illik erməni işğalı zamanı, ən azından Fransanın neytrallığına nail olmuşdur.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Fransanın maskasını parçaladı və gerçək üzünü göstərdi. Bu ölkə, Ermənistanı yenidən silahlandırmağa və xəyallarındakı “Arsax Respublikası”nı tanımaqla, Qarabağda separatçılığı yenidən alovlandırmağa cəhd etdi. Avropa İttifaqını özünün başladığı destruktiv prosesə qoşdu. Mülki müşahidəçilər adı altında Azərbaycanla razılaşmadan sərhədlərimizdə kəşfiyyat işləri aparmağa başladı”-deyən deputat hesab edir ki, təbii ki, bütün bunlar ikili münasibətlərə zərbə vurdu.

Nəsib Məhəməliyevin fikrincə, hadisələr göstərir ki, Fransa münasibətlərimizin normallaşmasında maraqlı deyil. Yeni sürprizlər ola bilər. Səfirin fəaliyyəti müddətsiz ola bilər. Qarabağ ermənilərinin, ümumiyyətlə “erməni məsələsi”nin beynəlxalq müstəvidən düşməsinə imkan verməməyə və Ermənistanı intensiv silahlandırma siyasətini davam edəcək. Görünən odur ki, Azərbaycan əleyhinə yalan və böhtan kampaniyasının miqyası genişləndiriləcək.

Deputat hesab edir ki, səfirin geri çağrılması Fransa kimi dövlətə yaraşmayan isterik davranışdır.

“Matəm elan etməli deyilik. Ən əsas məsələ odur ki, biz ən əsas problemimizi həll etmişik. Azərbaycan güclü dövlətdir və qalan problemləri də həll etmək iqtidarındadır”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »