Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərbin Ermənistan üzərindən həyata keçirmək istədiyi çirkin planları Azərbaycan neytrallaşdırır"
"Qərbin Ermənistan üzərindən həyata keçirmək istədiyi çirkin planları Azərbaycan neytrallaşdırır"

Hazırda faktiki olaraq üçüncü dünya müharibəsinin başladığını demək olar. Azərbaycanın şimal va cənub qonşularının da iştirakı ilə yeni müharibə "hava"sı mövcuddur. Dünyanın yenidən "parçalanması" və yenilənməsi planlanan "sərhəd"lərin formalaşması prosesi davam edir. Bəs bu "dəyişikliklər" Azərbaycana necə təsir edəcək?

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün dünya qaynayan qazana bənzəyir. Dünya nizamında nüfuz və mövqe uğrunda mübarizə günü-gündən dərinləşir. Güclü ölkələrə müharibələrin hesabına daha da güclənmək istəyir. Bu da dünya iqtisadiyyatını çətinliklərlə üzləşdirir. Azərbaycan da dünya birliyinin bir üzvüdür. Bir tərəfdə sonu görünməyən Rusiya-Ukrayna savaşı, digər tərəfdə İsrail Həmas müharibəsi hər gün minlərlə canlar alır, yaşayış məntəqələri yerlə yeksan olunur, mülki insanlar didərgin vəziyyətinə düşür. Bununla yanaşı, yeni bir münaqişə ocağı da qızışmaqdadır.

Azər Badamov Azər Badamov

“Dünən İranın İsrailə atdığı hava zərbələri, Qərbin İsrailə dəstək verməsi və İranın əməliyyatı başa çatdığını bildirməsi dünya nizamında yeni bir narahatlıq vəziyyət yaratmışdır. İran geri çəkilsə də, “İsrail İranın hücümüna qarşı səssiz dayanacaqmı?” kimi bir sual da meydana gəlir. Təbii ki, belə bir gərgin dünya nizamında ölkəsini xarici təsirlərdən qorumaq və bütün ölkələrlə balanslaşdırılmış siyasət yürütmək hər bir dövlət başçısının gücündə deyil. Hətta deyə bilərik ki, bəzi dövlət rəhbərləri düşünülməmiş yanlışlıqlara yol verərək, öz ölkəsini də müharibələrin iştirakçısına çevirir. Bu rəngarəng dünyada Azərbaycan dövləti Prezident İlham Əliyevin yürütdyü düşünülmüş beynəlxalq siyasəti sayəsində ölkəmizin milli maraqları qorunub saxlanılır və qonşuların açıqladığı təxribat yönümlü çağırışlardan kənarda dayana bilirik. Dövlətimiz dost ölkələrlə dostluğa sadiqliyini qoruyub saxlayır, digərləri ilə də müstəqil siyasətini davam etdirir”-deyə deputat bildirib.

Azər Badamov qeyd edib ki, ağrılı yerimiz olan torpaqlarımızın 30 illik işğalına son qoyulub. Bu gün isə biz müharibənin başa çatdığını, sülh və əməkdaşlığın başlanmasına hazır olduğumuzu bəyan edirik. Təəssüf ki, ABŞ və Aİ Cənubi Qafqazı da yeni bir müharibə ocağına çevirmək istəyir. Bütün baş verən proseslərə baxmayaraq, dövlət başçısının düşünülmüş siyasəti Qərbin də Azərbaycana qarşı Ermənistan üzərindən həyata keçirmək istədikləri çirkin planlarını neytrallaşdırır. Azərbaycan həm sülh və əməkdaşlıq siyasətini unkişaf etdirir, həm də gücünü artırır. O cümlədən, dünyanı narahat edən qlobal problemlərin həlli istiqamətində töhfələr verən nadir ölkələrdəndir.

“Məsələn, Qoşulmama Hərəkatına uğurla sədrilik etdik, mütəmadi olaraq Mədəniyyətlərarası Humanitar Forumları keçiririk, Fransanın neokolonializm siyasətini ifşa etmişik, Formula yarışlarının keçirilməsinə töhfə veriririk, iqlim dəyişikliklərinə qarşı dünyanı həmrəyliyə çağıran COP29 beynəlxalq konfransına ev sahibliyi edirik və s. belə beynəlxalq tədbirlərin müəllifi olur. Bu, ölkəmizin niyyətinin və gələcəyə baxışlarının ifadəsidir. Təbii ki, dünya birliyi bizim beynəlxalq səylərimizi dəstəkləyir və Azərbaycan nüfuzlu, etibarlı tərəfdaş kimi imicini möhkəmləndirir. Bütün bu uğurlarımızın müəllifi Prezident İlham Əliyevdir”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »