Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail HHQ-i Livanın cənubundakı qəsəbəyə hava zərbələri vurub
İsrail HHQ-i Livanın cənubundakı qəsəbəyə hava zərbələri vurub

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ)Livanın cənubundakı Siddiqin yaşayış məskəninə hücumu nəticəsində azı 9 nəfər yaralanıb.

Bizimyol.info xəbər vürir ki, "Janoubia" xəbər portalının məlumatına görə, hava zərbəsi zamanı raket zərbələri endirilən evlərdən biri tamamilə dağılıb, eyni zamanda, qonşu binalara da ziyan dəyib.

Xilasedicilər zərərçəkənlərin axtarışı üçün dağılmış binanın dağıntılarının təmizlənməsi əməliyyatını davam etdirirlər. Yaralıların hamısı Tire xəstəxanasına (Beyrutdan 80 km) çatdırılıb.

Bundan əvvəl İsrail qırıcıları Hizbullah şiə milislərinin forpostlarının yerləşdiyi Duheyra və Ən-Nakura kəndlərinə hava hücumları həyata keçiriblər. Hava hücumunun nəticələri barədə məlumat verilmir.

Aprelin 14-də İsrail Hərbi Hava Qüvvələri Livanın 8 kəndinə hücum edib, artilleriya 14 kəndi atəşə tutub. Şiə əsgərləri bir döyüşçünü itirib.

Hizbullah İsrail ərazisinə 25 raket atıb, səmada İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan bir neçə pilotsuz təyyarənin məhv edilmə alnarı müşahidə edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »