Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tehranda İmam Xomeyni və Mehrabad hava limanları fəaliyyətlərini bərba edib
Tehranda İmam Xomeyni və Mehrabad hava limanları fəaliyyətlərini bərba edib

Tehranın İmam Xomeyni və Mehrabad hava limanları beynəlxalq və daxili reyslər üçün xidmətini bərpa edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agetliyin rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, iki hava limanının fəaliyyəti normallaşdığı üçün ləğv edilmiş reyslərin sərnişinləri biletləri başqa tarixlərə dəyişdirə biləcəklər.

İranın "İRNA" agentliyi daha əvvəl xəbər verib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbi-kosmik qüvvələri aprelin 14-nə keçən gecə İsrailin hərbi obyektlərinə iri raket və pilotsuz təyyarələrlə zərbə endirdikdən sonra İranın 16 hava limanından uçuşlar bazar ertəsi səhər saat 6:00-a qədər, o cümlədən iki paytaxt hava limanından - İmam Xomeyni və Mehrabad adına, İsfahan, Buşəhr, Təbriz, Kirmanşah, Əhvaz və digər  təxirə salınıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »