Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tacikistan XİN Rusiya Təhlükəsizlik Şurası katibinin bəyanatını əsassız adlandırıb
Tacikistan XİN Rusiya Təhlükəsizlik Şurası katibinin bəyanatını əsassız adlandırıb

Tacikistan Xarici İşlər Nazirliyi Ukraynanın Düşənbədəki səfirliyinin muzdlu əsgərlər cəlb etməsi ilə bağlı iddiaları əsassız adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına respublikanın Xarici İşlər Nazirliyi məlumat verib.

“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Rusiya və digər dövlətlərin informasiya məkanında Ukraynanın Düşənbədəki səfirliyi tərəfindən Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün guya muzdlular cəlb etməsi ilə bağlı bəyanatına diqqət çəkdik. Qeyd edək ki, Rusiya rəsmisinin bu açıqlamasının heç bir əsası yoxdur”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Şoxin Səmədi deyib.

O qeyd edib ki, Tacikistanın səlahiyyətli orqanları respublikada akkreditə olunmuş diplomatik korpusun statusu ilə bir araya sığmayan hərəkətlərinin qarşısını almaq üçün lazımi tədbirlər görür. "Ukrayna Respublikasının ölkəmizdəki səfirliyinin hər hansı qanunsuz əməllə məşğul olmadığını əminliklə bəyan edirik. Biz inanırıq ki, ictimaiyyəti çaşdıra biləcək təsdiqlənməmiş bəyanatlardan və şərhlərdən çəkinmək lazımdır", - deyə bəyanatın mətnində qeyd edilib.

Aprelin 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin 19-cu illik toplantısında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, Ukraynanın Düşənbədəki səfirliyi Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün Kiyev hakimiyyətinin formalaşdırdığı beynəlxalq legiona qoşulmaq istəyən muzdluları cəlb edərək orduya qəbul etmə işləri aparır. Patruşev irəli sürdüyü bu iddia ilə bağlı heç bir fakt təqdim etməyib, bu da Tacikistanın kəskin etirazına səbəb olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »