Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boşanmaların sayı artır... Ailə məhkəmələrinin, ailə psixologiya institutunun yaradılması təklif edilir
Boşanmaların sayı artır... Ailə məhkəmələrinin, ailə psixologiya institutunun yaradılması təklif edilir

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk ayı ərzində boşanmaların sayı artıb. Belə ki, ilk ayda 3657 nikah və 1729 boşanma qeydə alınıb. Ötən ilin ilk ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalıb, 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb. Dövlət qurumları isə, bununla bağlı sadəcə müzakirə edə bilirlər. Azərbaycanda ailə məhkəmələrinin, ailə psixologiya institutunun yaradılması təklif edilir. Düşünülür ki, ailə məhkəmələri yaradılarsa, orada psixoloqlar, sosial işçilər, hüquqşünaslar komplesk şəkildə ailələrə dəstək göstərəcəklər. Belə hesab edilir ki, ailədaxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Qeyd edilir ki, boşanma üçün daha çox qadınlar müraciət edir.

Mütəxəssislər düşünür ki, boşanma qərarının verilməsini legitim edən əsas amil ailədə narkomaniya və alkoqolizm problemidir. Sonrakı səbəblər isə, ailədaxili şiddət, zorakılıq problemi, xarakter uyğunsuzluğu, nikahdankənar münasibətlər və s. hesab edilir. Bu səbəblər qəbul edilə bilər.

Gəlin, məsələyə real yanaşaq və məsələnin ciddiliyinə nəzər salaq. Boşanma üçün müraciət edən tərəfin daha çox qadınlar olduğundan söz açılır. Çünki kişilər ailə dağıtmağa, boşanmağa o qədər meylli olmurlar. Çox nadir hallarda olur ki, kişi ailə və ya münasibəti pozmağa çalışsın.

Qadınları günahlandırmıram. Qadın ailə həyatı qurarkən, serialların və sosial şəbəkələrdə reklam edilən lüks həyatların xəyalı ilə ailə həyatı qurur. Elə düşünür ki, evlilk həyatı sadəcə çəhrayı rəngdədir, çətinliklər olmur. Yəni bu gün əksər qızlarımız münasibətlərin, ailə həıyatının sadəcə olaraq onların gözünə soxulan lüks həyatlardan ibarət olduğunu düşünür. Bu lüks həyatları təbliğ edənlər belə həyatı o qədər lüks şəkildə yaşamadığı halda. Həyatln bundan ibarət olduğunu təlqin edir, təbliğ edir. Kişilər isə, qadınlar qədər xəyalpərəst və göstəriş sevən olmadığı üçün həyatı reallığı ilə qəbul edirlər.

Ailə qurmağa hazırlaşan kişi, öz qadınının təbliğ edilən videolardakı kimi olması ilə razılaşmır. Burada fikir ayrılığı yaranır və bu fikir ayrılıqları boşanmaya qədər gedib çıxır. Boşanma olduqdan sonra alkoqolizm, narkomaniya, xarakter uyğunsuzluğu, xəyanət, maddi-mənəvi sıxıntılar və s. ayrılığa səbəb kimi göstərilir.

Bir də çox zaman “sevərək” ailə quranlar tez boşanır. Səbəb isə, bu evlilikdə sadəcə hisslərin rol oynamasıdır. Məntiqlə, ağılla qurulan bütün münasibətlər bıçaq sümüyə dirənənə qədər qalır. Yəni gerçək vəziyyət, dövlət qurumlarının müzakirələrində qeyd edildiyi kimi deyil. Problem cəmiyyətin daxilində və özünü cəmiyyətə lüks həyat yaşaması ilə gözə soxan şəxslərdədir. Bunun qarşısını almaq üçün isə, sadəcə sosial şəbəkələrə diqqəti artırmaq və sosial şəbəkələrdə lüks həyatını reklam edənlərin gəlirlərini araşdırmaq lazımdır. Minimal əmək haqqının 345 manat olduğu ölkədə bu insanlar bahalı maşınları, villaları, qıızl zinət əşaylarını hansı pulla əldə edir? Əgər pul qazanmaq və lüks həyata sahib olmaq bu qədər asandırsa, niyə hamı bunu əldə edə bilmir? Proiblem buradadır. Bunun qarşşısını almaq, araşdırmaq da hüquq-mühafizə orqanlarının üzərinə düşür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »