Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan da qəbul edir ki, Azərbaycan sadəcə sülh və sülh çərçivəsində proseslərin icrasını istəyir"
"Ermənistan da qəbul edir ki, Azərbaycan sadəcə sülh və sülh çərçivəsində proseslərin icrasını istəyir"

Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların işi davam edir, tərəflər proses üzrə qarşılıqlı razılıq əldə olunana qədər delimitasiya və demarkasiya işləri ilə bağlı əlavə şərhlərdən çəkinməyə razılaşıblar. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib. “Ermənistan Alma-Ata bəyannaməsi, müvafiq xəritələr əsasında delimitasiya prosesini aparmağa və 1991-ci il sərhədlərinin bərpasına hazır olduğunu bildirdi. Razılıq əldə olunarsa, bu barədə müvafiq mesaj olacaq”-deyə Ermənistan xarici işlər nazirinin müavini əlavə edib.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına Ermənistanın xarici işlər nazirinin Vahan Kostanyanın verdiyi açıqlamaları şərh edib.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Ermənistan xarici işlər nazirinin müavini bildirir ki, 3 prinsip əsasında o üçlü müqavilə bağlanmalıdır. Bu 3 prinsip də bizim 5 prinsipdən irəli gələn məsələlər, həmin prinsiplərdir. Biz də bunu təkidlə tələb edirik.

Ermənistanın baş naziri jurnalistlərə bildirir ki Azərbaycan nə istəyir? Azərbaycan sülh istəyir! Azərbaycan öz torpaqlarını qalan 8 kəndi istəyir, qaytarılmasını tələb edir. Və artıq danışıqlar davam edib ki, bizim 4 kəndimiz anklav kəndlər deyil, o kəndlər qaytarılmalıdır. Paşinyan Tavuş bölgəsində oldu, o yerli əhali ilə görüşdü, xəritəni göstərdi ki, orada yerləşən bu kəndlər bizim deyil və bunlar Azərbaycanın kəndləridir. Bəs o zaman niyə həmin kəndlər qaytarılmır? Delimitasiyanı gözləyirlər və bildirirlər ki, delimitasiya Alma-Ata bəyannaməsinə uyğun olmalıdır. Buradan manipulyasiya edirlər, informasiyanı dəyişdirirlər, öz xeyirlərinə danışmaq istəyirlər və özlərini elə göstərirlər ki, guya bunlar sülh istəyirlər, Azərbaycan isə sülh istəmir”-deyə Elşad Həsənov qeyd edib.

Politoloq hesab edir ki, Azərbaycan müharibədə qələbə qazandıqdan sonra Ermənistanı kapitulyasiya aktına qol çəkməyə məcbur etdi.

Azərbaycan bir günlük lokal antiterror əməliyyatları ilə ərazi bütövlüyünü tam bərpa etdi.

“Azərbaycanın Ermənistandan istədiyi işğal altında olan torpaqlarımızı, kəndlərimizi boşaldaraq geri qaytarmasıdır. Danışıqlar aparılır və danışıqlarda da məlumdur ki, bu 8 kənddən 4-ü anklav kəndlərdir, 4 kənd isə anklav deyil. Yəni birbaşa Azərbaycan sərhədlərinə yaxın kəndlərdir, Ermənistanın içində deyil. Bu kəndlərin qaytarılması məsələsi haqqında baş nazirin müavinləri danışıqlar aparıblar. Bu kəndləri qaytarmaq bir anın məsələsidir”-deyə Elşad Həsənov vurğulayıb.

Politoloq Laçın və Kəlbəcərin geri qaytarılması prosesini də xatırladıb.

“Yadınızdadırsa, həmin ərazilər şəhid vermədən, yəni danışıqlar yolu ilə boşaldıldı. Bu gün də biz həmin bu kəndlərində danışıqlar yolu ilə boşaldılmasını, bizə qaytarılmasını istəyirik. Yenə də deyirik, “həmin 4 kənd bizə qaytarılmalıdır” Digər 4 kənd və ermənilərin Gədəbəydəki Başkənd danışıqlar yolu həll olunacaq. Bu gün bu kəndlərin qaytarılmaması erməni məkrliliyindən xəbər verir. 91-ci ilin Alma-Ata bəyannaməsində, həmin o dövrün xəritəsində də bu Azərbaycan ərazisi kimi göstərilib. Ancaq həmin kəndləri qaytarmırlar”-deyə Elşad Həsənov əlavə edib.

Elşad Həsənov bildirib ki, Azərbaycanın tək istədiyi sülh müqaviləsinin bağlanmasıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »