Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakı havadan, qurudan və dənizdən etibarlı şəkildə qorunur" - İran yenə təhdid ritorikasına bürünüb...
"Bakı havadan, qurudan və dənizdən etibarlı şəkildə qorunur" - İran yenə təhdid ritorikasına bürünüb...

İsrail İranın Dəməşqdəki konsulluğunu bombalamasından sonra 28 səfirliyinin işini dayandırıb. Buna səbəb İranın İsrail səfirliklərini hədəf alacağı ilə bağlı verdiyi hədə və qorxu dolu açıqlama olub.

İsrail səfirliklərinin İrana ən yaxın olduğu ölkələr Türkiyə və Azərbaycandır. İran tərəfinin təhdidkar açıqlamasından belə anlaşılır ki, artıq bundan sonra Türkiyə və Azərbaycandakı İsrail səfirlikləri də böyük risk altındadır.

  • İran indiki vəziyyətdə Azərbaycan və Türkiyə ilə münasibətləri korlamağı gözə alarmı?

  • Belə bir məqamda Azərbaycan tərəfi hansı zəruri addımları atmalıdır?

  • Ölkəmizdə səfir və səfirliklərin təhlükəsizliyi hansı səviyyədə qorunur?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalının suallarını hərbi ekspert Ədalət Verdiyev cavablandırıb.

Ədalət Verdiyev Ədalət Verdiyev

"İran indiki bərbad vəziyyətində heç bir halda Azərbaycan və Türkiyə ilə münasibətləri korlamağa çalışmaz. Əgər İranın Suriyadakı səfirliyinə İsrail zərbələr endiribsə, bu zaman İran da İsraillə münasibətlərinə aydınlıq gətirməlidir. Bizim bu prosesdə heç bir iştirakımız yoxdur. Bəzi "qanmaz" iranlı hərbçilərin İsrail səfirlikləri ilə bağlı verdiyi açıqlamalar, sadəcə pafosdan başqa bir şey deyil. Əgər onların cəsarəti çatırsa, öz ərazilərinə zərbə endirənlərə elə zərbələrlə qarşılıq versinlər. Əks halda, belə bəyanatlar ciddi qəbul edilmir.

Onu da qeyd edim ki, Azərbaycanın, o cümlədən müxtəlif səfirliklərin yerləşdiyi Bakı şəhəri havadan, qurudan və dənizdən kifayət qədər etibarlı bir şəkildə qorunur.

İran heç bir zaman Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsini gözardı etməməlidir. Əks halda bu, onun özü üçün böyük problemlər yarada bilər" - deyə, hərbi eskpert əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »