Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: Azərbaycan-Ermənistan arasında sülhü təmin etmək üçün bitərəf olun!
Türkiyə XİN: Azərbaycan-Ermənistan arasında sülhü təmin etmək üçün bitərəf olun!

Türkiyə Xarici İşlər Nazirliyi, II Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülhü təmin etmək üçün üçüncü dövlətləri neytrallığa çağırıb.

Bizimyol.info xəbər verir ki, nazirlik Ermənistan, ABŞ və Aİ arasında bu gün keçiriləcək üçtərəfli görüşə Azərbaycanın dəvət edilməməsinə görə təşkilatçıları tənqid edib: “Azərbaycanı kənarda qoyan bu təşəbbüs Cənubi Qafqazın sülhə xidmət etməkdənsə, geosiyasi münaqişə zonasına çevrilməsinə yol açacaq”, - deyib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada: “Azərbaycanın II 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı ilə Qarabağ müharibəsindən sonra işğal olunmuş torpaqların azad edilməsi və bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb. Bu tarixi fürsətin uğuruna çox yaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması, eləcə də prosesə zərər vurmamaq üçün ehtiyatla davranması daha da vacib olub. Bu çərçivədə 2024-cü il aprelin 5-də Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb, bunun bölgədəki mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan qərəzsizlik yanaşmasına zərər verəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur. Azərbaycanı istisna edən bu təşəbbüs Cənubi Qafqazın sülhə xidmət etməkdənsə, geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq.

Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək, layiq olduğu regional rifaha nail olacaq. Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülh üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək”,- deyə qeyd edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »