Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qırmızı və ağ rənglərdə olan avtomobillərin yaşı uyğundursa, qeydiyyatdan keçə biləcək"
"Qırmızı və ağ rənglərdə olan avtomobillərin yaşı uyğundursa, qeydiyyatdan keçə biləcək"

Ötən həftə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev mətbuata açıqlamasında taksi sahəsində müəyyən yeniliklərin olacağından söz açıb. Sədrin sözlərinə görə bundan sonra taksi avtomobillərinin rəngi qırmızı və ağ olmalıdır. Səbəb, bu iki rəngin gözoxşayan və şəhərdə gözəl görünməsidir: "Ağ rəng neytraldır. Qırmızı rəng alternativ rəng kimi verilib. Azərbaycanda taksinin tanınması üçün onun sarı rəngdə olması ilə bağlı fikirlər var. Lakin artıq taksi proqramlar vasitəsilə sifariş edilir. Biz istəyirdik ki, göz oxşayan rənglər olsun. Məsələn, “Baku Bus”un avtobusları qırmızı rəngdədir və şəhərdə gözəl görünürlər. Bu məsələnin digər tərəfi var. Belə ki, 15 ildən sonra sürücü avtomobilini satmaq istəsə, sarını satmaq kifayət qədər çətindir” - deyə, Anar Rzayev bildirib.

AYNA rəsmisinin açıqlamasından yola çıxaraq, bir neçə məqama aydınlıq gətirilməsini istərdik.

Qurumun nəzərdə tutduğu bu iki rəngli avtomobillər xaricdən alınacaq, yoxsa kimin qırmızı və ağ avtomobilləri varsa, onlar gərəkli şərtləri keçdikdən sonra taksi kimi fəaliyyət göstərə biləcəklər?

Məlumat üçün qeyd edək ki, 9-10 il öncə külli miqdarda xərc çəkilərək, xaricdən alınıb, ölkəyə gətirilən "badımcan" və "pomidor" taksilər indi Binəqədinin avtomobil məzarlığında "dəfn olunublar". İkinci belə bir halın baş vermə ehtimalı yüksəkdir. Çünki hal-hazırda ölkədə taksi kimi fəaliyyət göstərən avtomobillərin texniki yaş göstəriciləri nəzərdə tutulandan çoxdur və heç də hamısının rəngi ağ, qırmızı deyil.

Məsələ ilə bağlı nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Qırmızı və ağ rənglərdə olan avtomobillərin yaşı uyğundursa, qeydiyyatdan keçə biləcək. Burada bir problem yoxdur. Hazırda dövlət tərəfindən xarici ölkələrdən avtomobil alınması istiqamətində hər hansı bir fikir yoxdur.

Ümumi olaraq, bu sahədə nizamsızlıq var idi. Nizamsızlığı düzəltmək üçün bu sahədə müəyyən yaş məhdudiyyəti qoymaqla, ilkin tənzimlənməsi nəzərdə tutulub. Burda da ikili yanaşma var; iyulun 1-nədək olan müddət və ondan sonrakı müddət. İndi avtomobili 8 yaşdan yuxarı olanlar da müraciət edib, üç illik icazə ala bilər. Maksimum hədd 8 yaşa qədərdir. Bu yaşa qədər olan avtomobillər də iyulun birindən etbarən yeddi illik icazə ala biləcək" - deyə, ekspert qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »