Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niaqara şəlaləsində "fövqəladə vəziyyət" elan edilib, 1 milyon ziyarətçi gələcək
Niaqara şəlaləsində "fövqəladə vəziyyət" elan edilib, 1 milyon ziyarətçi gələcək

Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verən tutulma ilə bağlı Kanadanın Ontario əyalətinin Niaqara bölgəsində gələcəyi gözlənilən 1 milyona yaxın ziyarətçi səbəbilə "fövqəladə vəziyyət" elan edilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Niaqara bölgəsi rəsmiləri aprelin 8-də Niaqara şəlaləsinin tam Günəş tutulmasını "görmək üçün ən yaxşı yerlərdən biri" olaraq təyin olunmasından sonra bölgəyə gözlənilən təxminən 1 milyon ziyarətçi üçün hazırlıqlara başlanıldığını açıqlayıb.

Səlahiyyətlilər, nəqliyyat sıxlığı, ilk yardım xidmətlərinə artan ehtiyac və cib telefonu şəbəkələrində həddindən artıq yüklənmə kimi vəziyyətlərə hazırlıq görüləcəyini bildirərək, bölgədə "fövqəladə vəziyyət" elan edildiyini açıqlayıblar.

Bələdiyyə sədri Cim Diodati bildirib ki, şəhərin bir günlük ziyarətçi sayı rekord həddə çatacaq. Aprelin 8-də baş verəcək tam Günəş tutulmasını Meksikadan, ABŞ-ın şərqindən və Kanadanın cənub-şərqindən müşahidə etmək olacaq, lakin dünyanın bəzi ölkələrində bunu müşahidə etmək mümkün olmayacaq.

Niaqara bölgəsində müşahidə edilən sonuncu Günəş tutulması 1979-cu ildə olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »