Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: “Biz Rusiyanın bu müharibədə qalib gəlməsinə imkan verə bilmərik”
Borrell:  “Biz Rusiyanın bu müharibədə qalib gəlməsinə imkan verə bilmərik”

"Avropa İttifaqı (Aİ) Ukraynanı Ukrayna xalqına məhəbbətinə görə deyil, öz maraqlarına əsaslanaraq dəstəkləyir".

Bizimyol.info xəbər verir ki, bunu "CNN"ə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib.

“Biz Rusiyanın bu müharibədə qalib gəlməsinə imkan verə bilmərik, əks halda ABŞ və Avropanın maraqlarına böyük ziyan dəyəcək. Bu, alicənablıq məsələsi deyil, Ukraynaya dəstək məsələsi deyil, çünki biz Ukrayna xalqını sevirik. Bu, həm bizim öz maraqlarımıza, həm də müttəfiqlərin təhlükəsizliyini təmin edən etibarlı tərəfdaş kimi qəbul edilməli olan qlobal oyunçu kimi Birləşmiş Ştatların maraqlarına uyğundur, buna görə də biz ABŞ-ı açıq olmağa və əlavə büdcəni təsdiq etməyə çağırırıq”,- deyə o vurğulayıb.

Bununla yanaşı, Borrell bildirib ki, Aİ Ukraynaya daha çox və daha sürətlə dəstək olmaq üçün əlindən gələni edir.

Bundan əvvəl Aİ-nin martın 22-də keçirilən sonuncu sammitinin yekunlarına əsasən, Avropa İttifaqının Ukraynaya hərbi yardım göstərməsini sürətləndirəcəyi və intensivləşdirəcəyi açıqlanmışdı. Sənəddə ilk dəfə olaraq vurğulanır ki, Aİ Kiyevə “lazım olduğu qədər intensiv” yardım etmək niyyətindədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »