Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Hərbi Dəniz Qüvvələri bildirib ki, Hodeydan 140 km aralıda yeni insident baş verib
Britaniya Hərbi Dəniz Qüvvələri bildirib ki, Hodeydan 140 km aralıda yeni insident  baş verib

Gəmiyə hücum Yəmənin Hudeyda limanından 76 dəniz mili (təxminən 140 km) aralıda həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi ("UKMTO") məlumat yayıb.

"Bu gün "UKMTO" Yəmənin Hudeydə şəhərindən 76 dəniz mili qərbində insident barədə məlumat alıb", - bəyanatda deyilir. Mərkəz hadisəni hücum kimi qiymətləndirir.

Qeyd olunur ki, raket atəşi nəticəsində ticarət gəmisinə müəyyən qədər ziyan dəyib. Ekipaj xəsarət almayıb, gəmi başqa limana yollanıb.

"UKMTO" yaxınlıqdakı gəmilərin ekipajlarına xəbərdarlıq edib ki, ehtiyatlı davransınlar və ərazidə hər hansı şübhəli fəaliyyət barədə məlumat versinlər.

Gəmiyə əvvəlki hücum Hodeydadan 50 dəniz mili cənub-qərbdə həyata keçirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »