Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron: “Kiyevə hücum olsa, müdaxilə edəcəyik”
Makron: “Kiyevə hücum olsa, müdaxilə edəcəyik”

Fransa prezidenti Emmanuel Makron ölkədəki müxalifət partiyalarının liderləri ilə bir araya gəldiyi toplantıda Ukraynadakı cəbhələri göstərən xəritələr əsasında qiymətləndirmələr edib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı guya rus ordusunun Kiyevə və ya Odessaya hücum edəcəyi təqdirdə Fransa ordusunun birbaşa müdaxilə etməli ola biləcəyini deyib.

İclasda iştirak edənlər arasında olan İnadsız Fransa Partiyasının lideri Manudel Bompard: "Buraya narahat gəlmişdim, indi buatdan daha da narahat gedirəm", - deyib. Onunla bigə olan ifrat sağçı Milli Birlik Partiyasından Cordan Bardella isə deyib ki, Makronun Ukraynaya dəstəklə bağlı heç bir qırmızı xətləri yox idi. Digər tərəfdən Fransanın müdafiə naziri Sebastien Lekornu Fransa mətbuatına açıqlamasında Ukraynaya hərbi qüvvə göndərilməsinin söz mövzusu olmadığını bildirib.

Hələlik Moskvadan məsələ ilə bağlı cavab gəlməsə də, bir gün əvvəl Kremlin sözçüsü Dmitri Peskov Makronu Ukraynadakı müharibəyə müdaxiləsini artırmaqda ittiham edib.

Qeyd dək ki, sursat çatışmazlığı səbəbindən cəbhədə çətin günlər keçirən və cəbhəyə yeni əsgərlərin cəlb edilməsi strategiyasını müəyyən edə bilməyən Ukrayna ordusunda bəzi əsgərlərin tərxis olunacağı açıqlanıb. Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ilin fevralında Rusiya işğalı başlamazdan əvvəl orduya qatılan və xidmətini başa vuran əsgərlərin tərxis olunmasına icazə verən fərman imzalayıb. Qərardan neçə əsgərin tərxis olunacağı bildirilməsə də, prosesin aprelin sonuna qədər davam edəcəyi bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »