Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml BCM-nin yeni orderlərinin verilməsinə münasibət bildirib
Kreml BCM-nin yeni orderlərinin verilməsinə münasibət bildirib

"Rusiya Roma Əsasnaməsinin iştirakçısı deyil və buna görə də Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) heç bir qərarını tanımır".

Bizimyol.info xəbər verir ki, bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın uzaqmənzilli aviasiya komandirləri Sergey Kobılaş və Qara dəniz donanmasından Viktor Sokolovun həbsinə dair məhkəmənin order verməsini şərh edərkən deyib.

“Biz nizamnamənin tərəfləri deyilik, məhkəmənin bu qərarını tanımırıq, lakin biz belə qərarlara uyğun davranırıq”, - deyən Peskov bildirib.

“Bu, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya ilə bağlı ilk qərarı deyil. Bundan əvvəl də Moskva tərəfindən tanınmayan orqan Rusiya prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın Ukraynada Rusiyanın "xüsusi hərbi əməliyyat"ı ilə bağlı həbsinə order verib”, - deyə Kreml nümayəndəsi xatırladıb. Peskov həmçinin qeyd edib ki, BCM-də “müxtəlif qapalı proseslər davam edir”.

Bundan əvvəl BCM Kobylaş və Sokolovun həbsinə orderlərin verildiyini elan etdiyi press-reliz dərc edib. Sənəddə hər ikisinin Ukraynadakı münaqişə kontekstində törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığı iddia edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »