Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkə ərazisində "ağ ölüm" vasitələrinin istifadəsi də, alqı-satqısı da qanun çərçivəsində cəzalandırılır"
"Ölkə ərazisində "ağ ölüm" vasitələrinin istifadəsi də, alqı-satqısı da qanun çərçivəsində cəzalandırılır"

Bu gün ölkədə sosial şəbəkələrdə narkotik vasitələrin satışı həyata keçirilir. Bununla bağlı hüquq mühafizə orqanları tədbirlər görsə də vəziyyət yenə eyni şəkildə davam edir.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həqiqətən də Azərbaycan Respublikasının ərazisində narkotiklərin qanunsuz dövriyyəsi çox sürətlə yayılır. Hətta bəzən açıq-aşkar müxtəlif platformalarda, sosial şəbəkələrdə bunun satışı təşkil olunur. Eyni zamanda gözlə görünən yerlərə müxtəlif narkotik vasitələrin işarələri vurulur.

Hüquqşünas Ramil Süleymanov Ramil Süleymanov

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və satılması qadağandır. Bu, cinayət əməlinə səbəb olan və cinayət məsuliyyəti yaradan bir hərəkətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tənzimlənir.

“Vətəndaşlara mütləq şəkildə bu qəbildən olan elanları gördükdə, dərhal həmin profilin ekran görüntüsünü çəkib ərazi üzrə polis idarəsinə yaxınlaşmasını, eyni zamanda əgər özləri və yaxınları birbaşa həmin cinayətin qurbanı olublarsa, bununla bağlı şikayət etmələrini tövsiyə edirəm. Əks təqdirdə, hüquq-mühafizə orqanları tərəfindən bu halların aşkarlanması və şikayət etməyən vətəndaşların da həmin cinayətin subyekti və ya obyekti olması, son anda bu şəxslər barəsində də qanunun tələbinə uyğun ölçülərin götürülməsinə səbəb olur”-deyə hüquqşünas bildirib. Onun sözlərinə görə, narkotik vasitələrin növləri və miqdarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş cədvələ uyğun müəyyən olunur.

Aşkarlanan narkotik vasitələr qeyd edilən cədvəl üzrə eyniləşdirmə aparıldıqdan sonra ona uyğun müəyyən olunur. Bununla bağlı qanuna müvafiq araşdırma aparılır və cəza təyin olunur”-deyə ekspert bildirib.

Ramil Süleymanov əlavə edib ki, 234.1-ci maddəyə görə narkotik vasitələrin istifadəsinin icra edən şəxs 1 ildən 3 ilə qədər müddətdə azadlığın, 1 ildən 3 ilə qədər müddətdə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Bu əməllər külli miqdarda, satışı həyata keçirilməklə törədildikdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »