Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki kampaniyası üçün vəsait axtaran Tramp Muskla görüşüb
Seçki kampaniyası üçün vəsait axtaran Tramp Muskla görüşüb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maskla görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Onların görüşünün təfərrüatları verilməyib, lakin agentlik qeyd edir ki, bu görüş Trampın son vaxtlar “maliyyə çatışmazlığı ilə üzləşən” kampaniyasını maliyyələşdirmək üçün donorlar cəlb etməyə çalışdığı bir vaxtda baş verib.

“The New York Times” qəzetinin yazdığına görə, Mask Trampın kampaniyasına yardım edib-etməmək barədə qərar verməyib. Nəşrin məlumatına görə, Maskın sosial şəbəkələrdəki son paylaşımları onun ABŞ prezidenti Co Baydenin noyabrda məğlub olmasının zəruri olduğuna inandığını göstərir.

"Forbes"ə görə təxminən 200 milyard dollarlıq xalis sərvəti ilə Mask Trampı dəstəkləmək və demək olar ki, təkbaşına Bayden və müttəfiqlərinin “ABŞ-ın keçmiş prezidenti üzərində böyük maliyyə üstünlüyünü” məhv etmək qərarına gələ bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »