Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin siyasəti sayəsində ABŞ cinayətkarlar və narkotik aludəçiləri dolub - Tramp
Baydenin siyasəti sayəsində ABŞ cinayətkarlar və narkotik aludəçiləri dolub - Tramp

"Prezident Co Bayden administrasiyasının yanlış immiqrasiya siyasəti səbəbindən ABŞ cinayətkarlar və narkotik aludəçiləri ilə dolub".

Bizimyol.infon xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri Donald Tramp deyib.

“Ölkəmiz cinayətkarlar, qatillər və narkomanlarla doludur. Onların hamısı Co Baydenin dəhşətli açıq sərhədindən keçir. Dünyanın heç bir yerində belə sərhəd olmayıb. Bu fəlakətdir”, - deyə Tramp fevralın 28-də "Truth" sosial şəbəkəsindəki səhifəsində dərc olunan videomüraciətində bildirib.

O, zəif qorunan sərhədə görə ABŞ-a gətirilən “cinayətkarların və qatillərin” çıxarılması üçün Amerika tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirəcəyini vəd edib. Tramp bundan əvvəl noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkə sərhədini dərhal bağlayacağına söz vermişdi.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlayıb. Tramp 2022-ci ilin noyabrında seçki kampaniyasına qoşulacağını elan edib. “The Hill” nəşrinin yazdığına görə, Tramp populyarlıq baxımından Baydendən təxminən iki faiz öndədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »