Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnı ilə vida mərasimi martın 1-də Moskvada olacaq
Navalnı ilə vida mərasimi martın 1-də Moskvada olacaq

Rusiyada saxlandığı həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının mətbuat katibi Kira Yarmış dəfn mərasiminin təfərrüatlarını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, martın 1-i cümə günü yerli vaxtla saat 14:00-da Moskvanın Maryino rayonundakı kilsədə Navalnı üçün mərasim keçiriləcəyini bildirən Yarmış, 47 yaşında vəfat edən rusiyalı dissidentin daha sonra Borisovskoye qəbiristanlığında dəfn ediləcəyini açıqlayıb.

Müxalifət lideri Aleksey Navalnı fevralın 16-da Rusiyada həbsxanada dünyasını dəyişib. Navalnının ölüm səbəbi ilk olaraq “qəfil ölüm sindromu” olaraq açıqlanıb.

Rusiya müxalifətinin lideri, antikorrupsiya fəalı və hüquqşünas Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putin və onun yaxın çevrəsinin korrupsiya işlərini araşdırırıb. 2020-ci ildə Rusiyada təyyarədə zəhərlənən və 2021-ci ildə müalicə aldığı Almaniyadan Rusiyaya qayıdarkən həbs edilən Navalnı 2023-cü il avqustun 4-də Rusiyada müxaliflərin etiraz aksiyalarını təşkil etməkdə, qanunsuz aksiyalar təşkil etməkdə günahlandırılıb, Rusiyada qadağan edilmiş Korrupsiya Fondu və Rusiya Dövlət Hökuməti, eləcə də prezident Vladimir Putinə, həçinin Kremlə qarşı ifadələrdən istifadə etməkdə və “ekstremist” fəaliyyətləri maliyyələşdirməkdə ittiham edilərək 19 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin martında dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə 9 il həbs və 1 milyon 200 min rubl cərimə cəzasına məhkum edilən Navalnıya qarşı həbsdə olduğu müddətdə ümumilikdə 5 müxtəlif ittihamla iddia qaldırılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »