Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Le Pen: Makron fransızları Ukraynaya göndərməkdən danışarkən komandir olduğunu düşünür
Le Pen: Makron fransızları Ukraynaya göndərməkdən danışarkən komandir olduğunu düşünür
Fransanın Milli Mitinq Partiyasının parlament fraksiyasının rəhbəri respublika prezidenti Emmanuel Makronun Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı bəyanatını ehtiyatsız hesab edir.

Bizimyol.info xəbər verir ki, bunu Le Pen Makronun fikirlərini şərh edərkən bildirib.

“Bilmirəm, hamı belə bir bəyanatın ciddiliyini başa düşür, ya yox, Emmanuel Makron komandir rolunu oynayır, amma o, uşaqlarımızın həyatından belə laqeydliklə danışır. Ölkəmizdə sülh və ya müharibə məsələsidir”, - deyə o qeyd edib.

Öz növbəsində, “İtaətsiz Fransa” sol partiyasının qurucusu Jan-Lyuk Melenşon Ukraynaya qoşun göndərilməsinin Parisi münaqişə tərəfinə çevirəcəyini deyib və Fransanın Rusiyaya qarşı müharibəyə başlaması perspektivini dəlilik adlandırıb: “Ukraynaya qoşun yeritmək bizi münaqişə tərəfi edər, Rusiyaya qarşı müharibə isə dəlilik olardı. Bir nüvə dövlətinin digər böyük nüvə dövlətinə qarşı bu cür döyüşkən şifahi eskalasiyası məsuliyyətsiz hərəkətdir”, - deyə Melenşon "X" sosial platforma hesabında yazıb.

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot da bu cür söhbətləri dəlilik hesab edib: “Mütləq dəlilikdir. Aydındır ki, Rusiya ilə müharibə, üçüncü dünya müharibəsi olardı”, - deyə "X"də qeyd edib.

Filipponun sözlərinə görə, parlamentin təsdiqi olmadan belə qərarlar qəbul edilə bilməz. Bundan əlavə, siyasətçi Fransanın NATO-dan çıxmasını və Ukrayna münaqişəsinin sülh yolu ilə həllini tələb edib.

Makron Parisdə Kiyevə yardıma həsr olunmuş görüşdən sonra keçirdiyi mətbuat konfransında Qərb ölkələrindən qoşun göndərilməsinin mümkünlüyünün müzakirə edildiyini, lakin bu mövzuda konsensusun əldə olunmadığını bildirib. Bununla belə, o əlavə edib ki, zaman keçdikcə heç nəyi istisna etmək olmaz.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »