Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarder Forrest yenidən Ukraynaya vəsait göndərəcəyinə söz verib
Milyarder Forrest yenidən Ukraynaya vəsait göndərəcəyinə söz verib

Daha əvvəl münaqişə bitdikdən sonra Ukrayna iqtisadiyyatına təxminən 500 milyon dollar sərmayə qoyacağını vəd edən avstraliyalı milyarder Endryu Forrest bu ölkədə “milyonlarla dolları minalardan təmizləmə layihələrinə” yönəldəcəyini vəd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "9News" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Forrestin "Mindero Foundation" xeyriyyə fondu 5 milyon Avstraliya dollarını (3,3 milyon dollar) "Ukraynanın fermerlər üçün təhlükəsiz olması üçün məhsul yetişdirilən bölgələrində minalardan təmizləmək" layihəsi üçün istifadə etmək niyyətindədir.

“Ukraynanın kənd təsərrüfatı sektoru dünyanın ərzaq təminatı üçün həyati əhəmiyyət kəsb edir, çünki o, BMT-nin Ümumdünya Ərzaq Proqramı üçün ən böyük buğda tədarükçüsüdür və bu da, o deməkdir ki, bu ölkədə kənd təsərrüfatının bərpası, əvvəlki səviyyəyə çatdırılması dünyanın bir çox ölkələrindəki milyonlarla insanı üçün vacib, həyati əhəmiyyətlidir", - deyə telekanal Forrestə istinadən qeyd edib.

Bundan əvvəl avstraliyalı milyarder artıq Ukrayna iqtisadiyyatına irimiqyaslı sərmayələr yatıracağını bəyan etmiş, ərazisində hərbi əməliyyatlar başa çatdıqdan sonra bu ölkənin iqtisadiyyatına təxminən 500 milyon dollar sərmayə qoyacağını vəd etmişdi. 2022-ci ilin noyabrında Forrest elan edib ki, onun investisiya fondu “Ukrayna şəhərlərində ən son texnologiyalara əsaslanan müasir infrastruktur” qurmaq üçün 740 milyon Avstraliya dolları (497 milyon dollar) fərf etməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »