Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni Zelandiya şirkəti elektrik avtomobilləri üçün çip hazırlayır, Çindən asılılığı azaldacaq
Yeni Zelandiya şirkəti elektrik avtomobilləri üçün çip hazırlayır, Çindən asılılığı azaldacaq

Yeni Zelandiyada yerləşən bir şirkət elektrik avtomobillərinin akkumulyatorlarında ağac tozundan istifadə etməyə başlayıb.

Bizimyol.info "trthaberə istinadən xəbər verir ki, şirkət atılmış yonqar tozunu sintetik qrafitə çevirməkdə uğur qazanan mühüm bir addım atıb.

Bu yenilik akkumulyatorlarda istifadə edilən qrafit üçün dünyanın Çindən asılılığını azaldacağı gözlənilir. Elektrikli avtomobil akkumulyatorlarının istehsalının açarı olan qrafit təbiətdə tapılan və hasil edilən bir maddədir. Sintetik qrafit neft məhsullarından əldə edilərək istehsal olunur.

Baş direktor İvan Uilyamsın dediyinə görə, "CarbonScape" tərəfindən yonqar ağacından hazırlanmış qrafit ekoloji cəhətdən daha təmiz bir həll təklif edir.

Mövzuyla əlaqədar "Euronews"a danışan Uilliams: "Ənənəvi olaraq, sintetik qrafit istehsalında qalıq yanacaq əsaslı xammallardan istifadə edilir. İstehsal edilən hər ton qrafit üçün 35 ton karbon qazı buraxılır", - deyə qeyd edib.

Keçən il "CarbonScape" Finlandiya-İsveç meşə təsərrüfatı şirkəti Stora Enso və Honq-Konqda yerləşən akkumulyator istehsalçısı "Amperex"dən cəmi 18 milyon dollar investisiya alıb.

"CarbonScape"in ağac ​​yonqarından sintetik qrafit istehsalı xəbəri elektrik avtomobil bazarında qrafitə tələbatın artdığı bir vaxta təsadüf edir. 2030-cu ilə qədər qrafitdə qlobal tədarük boşluğunun 777 min tona çatacağı gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »