Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: "Bayden seçki ərəfəsində ABŞ-a çox böyük zərər verə bilər"
Tramp: "Bayden seçki ərəfəsində ABŞ-a çox böyük zərər verə bilər"

Amerikanın keçmiş lideri Donald Tramp bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası seçkilərə qalan müddətdə ölkəyə böyük ziyan vura bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp cümə axşamı tərəfdarları ilə görüşdə danışıb.

“Ən kədərlisi odur ki, bu adamın (Bayden) və bu administrasiyanın səriştəsizliyi doqquz ay ərzində çox böyük zərər verə bilər. Onsuz da onların vurduğu ziyan böyükdür, amma seçki ərəfəsində edə biləcəklərinin miqyası barədə düşünmək belə istəmirəm”, - deyə bildirib.

Tramp daha əvvəl demişdi ki, ABŞ Baydenin siyasətinə görə cəhənnəmə gedir.

ABŞ-da növbəti prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqlayıb. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib. O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olacaq ən şanslı nümayəndə hesab edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »