Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyadakı 500-dən çox subyektə yeni sanksiyalar tətbiq edəcək
ABŞ Rusiyadakı 500-dən çox subyektə yeni sanksiyalar tətbiq edəcək

Vaşinqtonun yeni anti-Rusiya sanksiyaları 500-dən çox subyektə qarşı yönələcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksinə, eləcə də Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdırmağa kömək edən üçüncü ölkələrin şirkətlərinə yönələcək.

Adeyemo əlavə edib ki, Vaşinqton Ukraynadakı xüsusi hərbi əməliyyata və Aleksey Navalnının ölümünə görə “Rusiyanı məsuliyyətə cəlb etməyə” sadiqdir.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib ki, ABŞ administrasiyasının fevralın 23-də elan edəcəyi anti-Rusiya məhdudiyyətlərinin növbəti paketi Kremilin "xüsusi hərbi əməliyyat" adlandırdığı - Ukraynaya qarşı müharibəyə başlamasının ikinci ildönümü və Navalnının ölümünün ilə əlaqələndiriləcək. Onun sözlərinə görə, Ukrayna münaqişəsi ilə bağlı tədbirləri özündə əks etdirən sanksiyalar paketi “Navalnı və onun ölümü ilə bağlı ayrıca sanksiyalarla tamamlanıb”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »