Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Konqresi Ukraynaya yardım da daxil olduğu əlavə büdcə qanun layihəsini qəbul etməyə çağırıb
Pentaqon Konqresi Ukraynaya yardım da daxil olduğu əlavə büdcə qanun layihəsini qəbul etməyə çağırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya silah yardımını ehtiva edən təcili əlavə büdcə qanun layihəsinin Konqres Nümayəndələr Palatasında tez bir zamanda qəbul edilməsini istəyib.

Bizimyol.info xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında cari məsələləri dəyərləndirib.

Sinq bəyan edib ki, ABŞ Konqresi Ukraynanın özünü müdafiə etməsi üçün təcili əlavə büdcə qanun layihəsini qəbul etməlidir:

“İndi müttəfiqlərimizin və düşmənlərimizin bizi izlədiyi bir dövrdür. Buna görə də bizə Nümayəndələr Palatasının keçən həftə Senatda qəbul edilmiş bu iki partiyalı əlavə büdcə qanun layihəsini qəbul etmək üçün işləməsinə ehtiyacımız var”, - deyə o qeyd edib.

Sinq bildirib ki, 2023-cü ilin dekabrında tələb olunan təcili əlavə büdcə qanun layihəsi qəbul edilmədiyi üçün Ukrayna qüvvələri sursatlarından qənaətlə istifadə etmək üçün bəzi şəhərlərdən strateji olaraq geri çəkilib: “Fövqəladə büdcə layihəsi qəbul edilməsə, biz Ukraynaya yardım göstərə bilməyəcəyik və onlar hansı şəhərləri saxlayacaqlarını seçməli olacaqlar”, - deyə Pentaqonun mətbuat katibi bildirib.

Qırmızı dənizdəki hücumlara toxunan Sinq husilərin İrandan aldıqları qabaqcıl texnologiya və imkanlarla hücum imkanlarını genişləndirdiklərini bildirib. Husilərin bu həftəsonu ilk dəfə pilotsuz sualtı qayıqla hücuma cəhd etdiyini xatırladan Sinqh deyib: “Məncə, husilərin geniş hücum qabiliyyətinə malik olduğunu söyləmək düzgün olar. Ancaq hər dəfə ABŞ və onun koalisiya tərəfdaşları husilərə hücum edəndə biz onların hücum imkanlarını alçaldırıq”.

Sinq həmçinin təsdiqləyib ki, husilər fevralın 19-da ABŞ-ın "MQ 9 Reaper" adlı pilotsuz uçuş aparatını (PUA) Yəməndə nəzarət etdikləri bölgədə yerdən atılan raketlə vurub: “İstər raket, istər İHA, istərsə də sualtı pilotsuz nəqliyyat vasitəsi olsun, biz onları vurmaq üçün öz imkanlarımızdan istifadə edirik. Biz onları dayandıra bilərik, lakin bəzən onların hücumları da uğurlu olur”, - deyə bildirib.

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində bir Britaniya gəmisini hədəf aldıqlarını və Hudeydə şəhərində ABŞ-a məxsus PUA-nı vurduqlarını açıqladılar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »