Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Trampı NATO və Navalnının ölümü ilə bağlı ifadələrinə görə tənqid edib
Bayden Trampı NATO və Navalnının ölümü ilə bağlı ifadələrinə görə tənqid edib

ABŞ prezidenti Co Bayden siyasi rəqibi, keçmiş prezident Donald Trampı ABŞ və onun NATO müttəfiqlərinin rolu ilə bağlı açıqlamalarına və Aleksey Navalnının ölümü ilə bağlı şərhlərinə görə tənqid edib.

Bizimyol.info xəbər verir ki, Bayden "X" (keçmiş "Twitter") sosial şəbəkə hesabında müvafiq məzmunu olan bir video yayımlayıb.

Amerika prezidenti Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Trampın Vaşinqtonun Rusiyadan ehtimal edilən təhdid halında “hesablarını ödəməmiş” müttəfiqlərini müdafiə etməməli olduğu sözlərini təhlükəli adlandırıb. Bayden, Trumpın bu cür ifadələrinin "pis davranışı göstəricisi" olduğunu bidirib.

Bundan əlavə, Amerika lideri respublikaçıdan sitat gətirib ki, Navalnının ölümü onu ABŞ-dakı vəziyyətə daha çox diqqət yetirməyə məcbur edir. "Niyə Tramp həmişə Amerikanı günahlandırır?", - deyə Bayden soruşub. O, həmçinin bir daha bəyan edib ki, eks-prezidentin ABŞ Nümayəndələr Palatasındakı partiyadaşları Ukraynaya dəstəyin davam etdirilməsi üçün əlavə maliyyə ayrılması haqqında qanun layihəsini səsə qoymalı və təsdiq etməlidirlər.

Fevralın 10-da Cənubi Karolinada tərəfdarları qarşısında çıxış edən Tramp Amerika prezidenti olarkən NATO üzvü olan ölkələrin liderləri ilə keçirdiyi görüşlərdən birindən danışıb. Onun sözlərinə görə, daha sonra xarici həmkarlarından biri ondan müttəfiqlərdən biri NATO-ya kollektiv müdafiə üçün vəsait ödəmədiyi halda, Rusiyadan ehtimal edilən təhlükə zamanı ABŞ-ın alyansı müdafiə etməyə hazır olub-olmadığını soruşub. Tramp belə bir ölkəni müdafiə etməyəcəyini və üstəlik Rusiyanı “istədiyini etməyə” təşviq edəcəyini bildirib. Eks-prezident bu söhbətin nə vaxt və harada baş verdiyini, həmsöhbətinin kim olduğunu açıqlamayıb.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 25 aprel 2023-cü ildə Amerikanın hazırkı prezidenti Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqladı. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan etdi. O, 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının ən çox namizədidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »