Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şair, alim Məmməd İsmayılı itirə bilərik, Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir...
Şair, alim Məmməd İsmayılı itirə bilərik, Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir...

Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib.

Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti, dəstəyi lazımdır:

"Qardaş, Məmməd əmi əldən gedir. Ona bu çağında dövlətin dəstəyi lazımdır. Gərək yazaq, ictimailəşdirək, dövlətə də məlumat çatsın. Belə insanlar maraqlanır, köməyini təklif edir. Ancaq bu, gərək yuxarı səviyyədə həll olunsun".

Türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxumuz var. Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir. Ziyalılar bu məsələni qaldırmalıdır, xəstə və yaşlı şairə kömək etməliyik.

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »