Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyadan xəbərdarlıq: "İsrailin Rəfaha hücumu humanitar fəlakət olar"
Almaniyadan xəbərdarlıq: "İsrailin Rəfaha hücumu humanitar fəlakət olar"

İsrail bütün xəbərdarlıqlara rəğmən Rəfah şəhərinə doğru irəliləyəcəklərini elan etdikdən sonra Almaniya kritik xəbərdarlıq edib: “Rəfaha genişmiqyaslı hücum humanitar fəlakət olar”.

Bizimyol.info xəbər verir ki, İsrailin Rəfaha hücumların planlaşdırma mərhələsinə keçdiyini açıqlamasının ardından Almaniyanın xarici işlər naziri Annalena Berbok şəhərə edilən hücumun humanitar fəlakətə çevriləcəyini açıqlayıb.

Almaniyanın xarici işlər naziri Baerbok bu gün verdiyi açıqlamada: “Refahdakı iztirabları təsvir etmək onsuz da mümkün deyil. 1,3 milyon insan son dərəcə dar bir ərazidə münaqişələrdən sığınacaq axtarır. İsrail Müdafiə Qüvvələrinin Rəfaha genişmiqyaslı hücumu humanitar fəlakətə çevrilə bilər. Qəzzə camaatı buxarlanaraq havada yox ola bilməz”, - deyə o qeyd edib.

Nazir bildirib ki, İsrail HƏMAS-a qarşı özünü müdafiə etməlidir: “Eyni zamanda, mülki əhaliyə zərər verməmək üçün əlindən gələni etməlidir. Buna görə də girovların nəhayət evə qayıtması üçün daha bir humanitar pauza lazımdır. Gələn həftə İsrailə səfər edəcəyim zaman ora necə çatmaq mənim gündəmimdə olacaq”, - deyə XİN rəhbəri qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »