Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WSJ": ABŞ seçiciləri artıq Baydeni öz prezidentləri kimi görmürlər
"WSJ": ABŞ seçiciləri artıq Baydeni öz prezidentləri kimi görmürlər

Amerikalı seçicilər artıq ABŞ-ın hazırkı prezidenti Co Baydendə ölkə liderinin malik olmalı olduğu keyfiyyətləri görmürlər.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr bildirib ki, problem təkcə 81 yaşlı Baydenin yaşında deyil. Bir çox amerikalılar onun “qlobal dövlət xadimi, Konqreslə əsas müzakirəçi və ya çətin anlarda ölkəyə təsəlliverici” olmaq vəzifəsini yerinə yetirə bilməyəcəyinə inanır.

Qəzet yazır ki, Baydenin səhvləri onun ABŞ vətəndaşlarının gözündən düşməsinə xüsusilə güclü təsir göstərib, çünki o, onları güclü lider kimi cəlb etmir və indiyə qədərki dövrdə seçicilərlə emosional əlaqə qurmayıb.

"Bunun əksinə olaraq, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun tərəfdarları arasında əlaqələr daha güclüdür", - deyə nəşr qeyd edir. Vurğulanır ki, onlar Bayden seçicilərindən fərqli olaraq daha çox Trampı başqa partiyanın namizədinə etiraz olaraq deyil, həqiqətən də prezident kimi gördükləri üçün ona səs verəcəklər.

ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlayıb. Sələfi Tramp 2022-ci ilin noyabrında seçki mübarizəsinə qatılacağını açıqladı. O, Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »