Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəngəzur Azərbaycanın ərazisi olub, Azərbaycan xalqının iradəsindən kənar şəkildə Ermənistana verilib”
"Zəngəzur Azərbaycanın ərazisi olub, Azərbaycan xalqının iradəsindən kənar şəkildə Ermənistana verilib”

"1918-ci ildə İrəvan şəhəri, sovetləşmədən sonra Zəngəzur Ermənistana verilib, sovet illərində bu proses davam edib və sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilib. Məhz buna görə Ermənistan və onun havadarları sərhədlərin müəyyənləşdirilməsi üçün ötən əsrin 70-ci illərin xəritələrini əsas götürmək istəyir. Azərbaycan bununla razı ola bilməz…"

Tarixçi, politoloq Rizvan Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki. Zəngəzur Azərbaycan xalqının iradəsindən kənar, mövqeyi soruşulmadan 1920-ci ilin noyabrında bolşevik Rusiyası tərəfindən o vaxt mövcud olan “daşnaq erməni respublikasına” verilib.

Rizvan Hüseynov Rizvan Hüseynov, tarixçi

"Bu, əsas faciədir. 28 aprel 1920-ci ildə bolşeviklər Bakını işğal edir. Azərbaycan Xalq Cümhuriyyəti devrilir və Azərbaycan Xalq Cümhuriyyətinin əraziləri Zəngəzur da daxil olmaqla, (114 min km²) Göyçə mahalı və s. Ermənistana verilir. Azərbaycanda aprel və may ayında böyük repressiyalar olur. Azərbaycanı işğal edən Onbirinci Qızıl Ordu Moskvanın tapşırığı ilə "daşnak erməni respublikası"nın üzərinə gedir. Moskva ilə İrəvan arasında danışıqlar gedir və nəticə etibarilə daşnaklarla dil tapmaq üçün Moskva bizim iradəmizi nəzərə almadan, Azərbaycan Sovet Respublikasının mövqeyini nəzərə almadan, özbaşına 1920-ci ilin noyabrında Zəngəzuru mövcud olmayan "daşnak respublikası"na bağışlayır. Sonra "daşnak respublikası" devrilir.Ermənistana da On birinci Qızıl Ordu gəlir və orada da kommunistlər hakimiyyətə gəlir.

Politoloq qeyd edib ki, yeni yaranan Sovet Ermənistanının tərkibində Zəngəzur olub. Bunu yumşaltmaq üçün Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradılıb.

“Onun tərkibində Azərbaycan, Ermənistan, Gürcüstan olub. Güya ki, ümumi sərhəd var idi. Amma fakt odur ki, Zəngəzur həmin dönəmdə Ermənistanda idi. ZSFSR ləğv olunanda Stalinin əmri ilə 1929-36-cı illərdə həm Zəngəzur gedir. Məsələnin mahiyyəti odur ki, bolşeviklər Azərbaycan xalqının mövqeyini nəzərə almadan daşnak olan ermənilərə 1920-ci ilin noyabrında Zəngəzuru verir. Bu, qanunsuz bir aktdır. Azərbaycan da bunun üzərinə getməlidir ki, bu qanunsuz akt, qanunsuz bir hərəkətdir. Problemin kökündə də bu durur. Zəngəzur Azərbaycanın ərazisi olub, Azərbaycan xalqının rızası olmadan Ermənistana verilib”-deyə politoloq əlavə edib.

1970-ci illərdən öncə, yəni 1930-40-50- ci illərdə bəzi ərazilər Ermənistana verilib.

“30-cu, 40-cı illərdə Naxçıvandan Azərbaycanla həmsərhəd olan rayon Zəngilan və Kəlbəcərdən də ərazilər qopardılaraq Zəngəzura verilib. Bu səbəbdən də, Ermənistan tərəfinin istəyi 70-ci illərin xəritəsinə uyğun bölgü aparılmasıdır. Amma Ermənistan bizdən maksimum nə qopartmışdısa "dünən"də qaldı. İndi Ermənistan istəyir ki, biz bunu təsdiqləyək. Amma Azərbaycan buna heçvaxt getməz. Ona görə də xəritə məsələsinin müzakirəsi də, həlli də uzun çəkəcək. Məsələlər Ermənistanın istəyi ilə yox, Azərbaycanın tələbiylə həll olunacaq”-deyə Rizvan Hüseynov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »