Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Afrikada müstəmləkə yolu bağlanan Fransa Cənubi Qafqaza göz dikib Azərbaycana "səlib yürüşü" edir"
"Afrikada müstəmləkə yolu bağlanan Fransa Cənubi Qafqaza göz dikib Azərbaycana "səlib yürüşü" edir"

"Yanvarın 10-da dövlət başçısı yerli KİV-lərə verdiyi müsahibədə Fransa ilə bağlı kifayət qədər danışıb. Fransa böyük ölkələrdəndir və BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biridir, nüvə silahına sahib bir ölkədir. Fransa dünyaya böyük dühalar bəxş edən ölkədir. Ancaq son dövrlər, xüsusən də Makron hakimiyyəti dövründə Fransa nüfuzdan düşməyə başlayıb. Makronun irqçilik siyasəti, özünü böyük lider kimi aparmaq istəməsi, birtərəfli mövqeyi, qeyri obyektivliyi, 44 günlük müharibədən sonra özlərini Ermənistanın böyük “bacısı” adlandırması Azərbaycana qarşı olan siyasətin bariz nümunəsidir. 28 il ATƏT-in Minsk qrupunun həmsədri kimi heç bir iş görmədilər. Sadəcə Azərbaycanın başının altına yastıq qoymağa çalışdı. Azərbaycanın qələbəsindən sonra Fransa antiAzərbaycan bəyanatlar səsləndirməyə başladı. Azərbaycana qarşı sanksiyaalrın tətbiq edilməsinə çalışdı, amma heç nəyə nail ola bilmədi".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq bildirib ki, Fransanın antiAzərbaycan "kampaniya"sını Stefan Sejourne təşkil edirdi. Ancaq bu təkliflərin tədbirlərin əksəriyyəti Azərbaycanın Avropa İttifaqında olan dostları, obyektiv deputatlar tərəfindən qəbul olunmadı. Fransa Azərbaycana qarşı "səlib yürüşü"nə başlayıb. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan da bu illər ərzində - “Qoşulmama Hərəkat"ının sədri olduğu dövrdə Fransanın neokolonizm siyasətini ifşa etdi. Belə ki, Fransa tərəfindən Əlcəzairdə törədilmiş soyqırım faktını dünyaya çatdırılması, eyni zamanda Fransanın “dənizaşırı” adlanan ərazilərinin nümayəndələrin iştirakı ilə Azərbaycan tərəfindən tədbirlərin keçirilməsi və s. həyata keçirildi. Sonra Fransa onları təzyiqlərə məruz qoydu. Yəni Fransanın neokolonizm siyasəti artıq ifşa olunub və Fransa, xüsusilə Afrikada uran istehsal etdiyi ölkələrdən çıxarılıb.

Politoloq Elşad Həsənov Elşad Həsənov

Politoloqun fikrincə, Afrikada "məğlub olan" Fransa bu gün çox pis vəziyyətdədir. Və buna görə də bütün acığını Azərbaycandan çıxmağa çalışır.

Elşad Həsənov hesab edir ki, Fransanın bundan sonrakı hərəkətləri daha kəskin olacaq. Çünki Azərbaycanın son apardığı tədbirlər, eyni zamanda Fransa xüsusi xidmət orqanlarının əməkdaşlarının aşkar edilməsi, onların “persona-non-grata” elan edilərək Azərbaycandan çıxarılması Fransanın xoşuna gəlmədi və adekvat cavab verdi. Fransız xüsusi xidmət orqanlarının Azərbaycanda ifşası çox böyük beynəlxalq rezonans yaratdı.

“Burada onların böyük agentura şəbəkəsi ifşa olundu. Fransız vətəndaşları həbs olundular. Güya bizneslə məşğul olan adamlar, eyni zamanda bir neçə nəfər Azərbaycan vətəndaşı həbs olunub. Onlar artıq istintaqa məlumatlar veriblər. Bu zaman məlum olub ki, Fransa təkcə Azərbaycanda yox, eyni zamanda Ukraynada, Moldovada, Gürcüstanda bəzi Afrika ölkələrində, şərqi Avropa, yaxın Şərq və mərkəzi Asiya ölkələrində çox böyük agent şəbəkəsi var. Bu çox böyük bir iş idi. Bunu heç SSRİ-nin KQB-si də etməmişdi. Ayrı-ayrı ölkələrdə - Rusiyada və Amerikada olan agenturanın ifşası olub, amma eyni zamanda bir neçə ölkədə eyni zamanda agenturanın ifşası bir ilk idi və bunu da bizim təhlükəsizlik orqanlarının əməkdaşları etdilər. Eyni zamanda bu ifşadan sonra Burkina-Fasoda Fransanın xarici kəşfiyyat orqanlarının 4 əməkdaşı saxlanıldı və onların diplomatik pasportu olduğuna görə ölkədən xaric olundular. Həmin hadisədən sonra Makron Fransa xarici kəşfiyyat idarəsinin sədri Bernar Emieni işdən azad etdi. Onun yerinə dostu, keçmiş məktəb yoldaşı Nikoloa Lerneri həmin vəzifəyə təyin etdi. Bu hadisədən sonra Fransada xalq öz narazılığını bildirdi”-deyə politoloq bildirib.

Elşad Həsənovun fikrincə, son illər Makronun apardığı uğursuz pensiya islahatları, fermerlərə qarşı alınan tədbirlər və s. onun siyasətinin düzgün istiqamətdə olmadığını göstərdi. Əslində, Makron bu hadisədən sonra istefaya getməli idi. Ancaq o, baş naziri istefaya göndərdi və onu yerinə yaxını Qabriel Attalı baş nazir təyin etdi. Fransız politoloqlar bildirirlər ki, Makron onu gələcək üçün öz yerinə hazırlayır. Avropa İttifaqında Fransa deputat qrupunun rəhbəri Stefan Sejurne isə, baş nazirin kabinetində xarici işlər naziri vəzifəsini tutdu.

“Qabriel Attalın 34 yaşı var və Stefan Sejurne onun əridir. Qeyd edim ki, onlarn hər ikisi kişidir. Yəni cinsi azlıqdırlar. Bütün bunları da fransız xalqı bilir. Makron siyasətini irəli aparması üçün yaxın adamlarını bu vəzifələrə qoyub. Qabriel Attal ilk səfərini Ermənistana edəcək. Yəni bu da o deməkdir ki, antiAzərbaycan bəyanatlar daha da artacaq. Amma biz onların təzyiqlərinə lazımi cavabları veririk. Baxmayaraq ki, Fransa böyük dövlətdir, biz Fransadan çəkinmirik. Biz öz həqiqətlərimizi hər yerdə bildiririk, Fransanın neokolonizm siyasətini pisləyirik və buna davam edəcəyik. Çünki 21-ci əsrdə belə bir "siyasət" üslubunu tətbiq etmək qətiyyən düzgün deyil. Xalqlar azad olmalı, xalqlar demokratik həyat yaşamalıdır və bunu da biz tələb edirik”-deyə politoloq əlavə edib. O, bildirib ki, bu hadisələrdən sonra Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm hərəkətləri edildi və heykəlin oradan götürülməsi haqqında şayiələr yayıldı. Sonra da onların bələdiyyəsi bu məsələnin yalan olduğunu bildirdi.

“Bizim jurnalist oradan canlı reportaj verdi. O, göstərdi ki, heykəlin üzərinə qırmızı boya töküblər. Heykəlin üzünə nəsə ediblər. Yəni vandal hərəkətlər ediblər. Fransa erməni "bacı"ları kimi vandalizm hərəkətlərindən əl çəkmir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »