Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlərdən xəbərdarlıq: Ayın istismarı böyük zərər verə bilər
Alimlərdən xəbərdarlıq: Ayın istismarı böyük zərər verə bilər

"Səyahətlərin əksəriyyətinin məqsədi Aydan minerallar, su və digər ehtiyatların çıxarılması yolu ilə Ayda yaşayış üçün əlverişli baza yaratmaqdır. Ancaq Ayın səthində heç bir məhdudiyyət olmadan aparılacaq bu araşdırmalar qravitasiya dalğaları ilə bağlı araşdırmalara, qara dəliklərin müşahidələrinə və uzaq ulduzlarda həyat axtarışına zərər verə bilər".

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı "Guardian"a Harvard Astrofizika Mərkəzindən Martin Elvis danışıb.

O: “Bu məsələ aktuallaşıb. İndi hərəkət etməliyik. Çünki bu gün verəcəyimiz qərarlar gələcəkdə Aya necə davranacağımızı müəyyən edəcək”, - deyə qeyd edib.

Arizona Universitetindən Riçard Qrin: "Biz Ay bazalarının qarşısını almağa çalışmırıq. Ancaq orada bir neçə perspektivli sahə var və onlardan bəziləri inanılmaz dərəcədə elmi qiymətlidir. Mədənlərimizi qurduğumuz yerdə çox həssas və çox diqqətli olmalıyıq", - deyə qeyd edib.

Beynəlxalq Astronomiya İttifaqı tərəfindən yaradılan və Qrin başçılıq etdiyi işçi qrupu bu ay BMT-də məsələ ilə bağlı iclas keçirməyi planlaşdırır. Danışıqların məqsədi yerdənkənar resurslardan istifadə ilə bağlı qanunvericiliyin gücləndirilməsidir.

1967-ci il Kosmos Müqaviləsi ölkələrin səmada hər hansı bir torpaq üzərində ərazi hüquqları iddiasına mane olur, lakin sazişdə kosmik mədən və ehtiyatların istismarından bəhs edilmir. Qrin: “Ayda milyardlarla il əvvəl əmələ gələn bir neçə dərin krater aşkar edilib. Bu kraterlərə heç vaxt günəş işığı toxunmayıb və buna görə də inanılmaz dərəcədə soyuqdur. Bu, onları elmi cəhətdən çox qiymətli edir", - deyə bildirib.

ABŞ aliminin gündəmə gətirdiyi kraterlərdə daim soyudulması lazım olan infraqırmızı teleskopların tikilə biləcəyi və buradan uzaq ulduzların müşahidə oluna biləcəyi düşünülür. Kraterlərdə buz halında su olması da mümkündür. Bu, onları Aya gedən şirkətlər üçün əvəzolunmaz edir.

Məsələ ilə bağlı dərhal tədbir görülməsi lazım olduğunu deyən Qrin: “Burada problem ondadır ki, BMT sazişlərinə dəyişiklik etmək çox uzun çəkir. Buna görə də, hərəkətə keçmək istəyiriksə, indi hərəkətə keçməliyik və beynəlxalq müqavilələr vasitəsilə Ayın unikal elmi xüsusiyyətlərinin düşünülməmiş istismar nəticəsində məhv edilməməsini təmin etməliyik", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »