Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman fermerlər tətildən qayıdan nazirin qarşısını kəsiblər
Alman fermerlər tətildən qayıdan nazirin qarşısını kəsiblər

Almaniyada qış fasiləsində Şimal dənizindəki adaya gedən baş nazirin müavini və iqtisadiyyat naziri Robert Habek subsidiyaların azaldılmasına qəzəblənən fermerlərin etirazları səbəbilə materikə ayaq basa bilməyib.

Bizimyol.info xəbər verir ki, "T-Online" xəbər saytında yer alan məlumata görə, hadisə Habeck tətildə olduğu adadan qayıdarkən baş verib.

Rayonda yaşayan fermerlər arasında nazirin “Vətəndaşlarla söhbət” toplantısı keçirəcəyi ilə bağlı söz-söhbət yayılıb. "WhatsApp" və "Telegram" rabitə kanalları vasitəsilə də qrup yaradan fermerlər bir neçə saat ərzində təşkilatlanaraq traktorları ilə nazirin də olduğu bərənin yanaşacağı Şlutsiel limanına gediblər.

Ancaq yaşıl nazir Habeck rəsmi tətildə olduğu üçün heç bir ictimai dialoq planlaşdırılmayıb. Nazirlik fermerlərin üç nümayəndəsinin bərəyə minməsini və bütün fermerlər adından nazirlə görüşməyi təklif etsə də, fəallar bunu rədd ediblər. Bu arada fermerlər hadisəyə atəşfəşanlıqla etiraz edib və polis bibər qazından istifadə etmək məcburiyyətində qalıb. Habeck təhlükəsizlik səbəbi ilə fermerlərin yanına gəlməkdən imtina etdikdən sonra onlarla nümayişçi gəmiyə hücum edərək Habecklə görüşməyə çalışıb.

Bundan sonra nazirin gərirən bərə kiçik Huq adasına dönməyə məcbur olub.

Etiraz səngidikdən sonra Habeck gecə yarısından sonra bərə ilə materikə qayıda bildi. Fermerlər hökumətin büdcə kəsiri səbəbindən meşə və kənd təsərrüfatında subsidiyaları azaltmaq qərarına reaksiya göstərirlər. Etirazla bağlı araşdırma başlasa da, Almaniya hökuməti hadisəni pisləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »