Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əjdaha ili bayram ərəfəsində geyim rəngi və qida seçimi üçün Çin inancından təkliflər: Qırmızı, balıq, yaşıl, ördək...
Əjdaha ili bayram ərəfəsində geyim rəngi və qida seçimi üçün Çin inancından təkliflər: Qırmızı, balıq, yaşıl, ördək...

2024-cü il yaşıl meşə əjdahası ilidir… Bu il güc və cəsarət ili hesab edilir. Bu səbəbdən də Yeni ili yeni geyimlərlə qarşılamaq lazımdır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Çinlilərin fikrincə, Yeni ili qeyd edərkən yeni şeylər geyinməlisiniz - bunlar yeni geyim əşyaları və ya sadəcə aksesuar və zərgərlik məmulatları da ola bilər.

Çində “Chunjie” adlanan bu günün ənənəvi rəngi qırmızıdır. Yenidən doğuş, uğurlar, rifah və firavanlıq rəmzidir. Hər il “Chuntjie” ərəfəsində Çin mağazaları qırmızı məhsullarla dolu olur. Bəzi dünyaca məşhur brendlər hətta bayramdan əvvəl Çin bazarı üçün tematik kolleksiyalar buraxırlar.

Çin inanclarına görə, bu dörd ildə doğulanlar Yeni ili qeyd etmək üçün qırmızı paltar geyinməlidir. Bunlar əjdaha ilində doğulan insanlarla yanaşı, öküz, dovşan və it ilində dünyaya gələnlərdir.

Qırmızıdan əlavə, əjdaha ilini yaşıl və qəhvəyi çalarlarda qeyd etmək tövsiyə olunur. Qızıl və gümüş də uyğun gəlir.

Şənlik paltarı seçərkən ağ rəngdən qaçınmaq tövsiyə olunur - Çində bu rəng yas əlaməti sayılır.

Çin inanclarına əsasən əjdaha ilini qeyd edərkən, yeyə biləcəyiniz və yeyə bilməyəcəyiniz qidalar…

Yeni il süfrəsinin yeməyi balıq olmalıdır. Bu qida zənginlik və firavanlıq simvoludur.

Yeni il ərəfəsində istehlak edilməməsi tövsiyə edilməyən bir sıra yeməklər var. Onlardan biri də düyüdür. Çin sakinlərinin ənənəvi olaraq səhər yeməyi üçün yedikləri bu yemək bayram süfrəsi üçün uyğun deyil, çünki ali güclər onu kasıbların yeməyi hesab edə bilər. Çinlilər hesab edirlər ki, onu Yeni ilin ilk günündə istehlak etmək ailənin rifahına mənfi təsir göstərəcək - maddi şans təhqir olunacaq, insandan tamamilə uzaqlaşacaq və ailə daha da yoxsullaşacaq.

Əjdaha ilinə gəlincə, onun himayədarının yüksək keyfiyyətli əti sevdiyinə inanılır. Bayram yeməkləri üçün mal əti, quzu və ördək əti uyğun gəlir.

Bundan əlavə, çinlilər əjdahanın balıq və dəniz məhsullarını sevdiyinə əmindirlər. Eyni zamanda, Yeni il menyusunda toyuqdan qaçınmaq lazımdır. Bu quşun əti gələn ilin sahibi üçün çox sadə hesab olunur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »