Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan beyninə bənzər ilk superkompüter hazırlanıb
İnsan beyninə bənzər ilk superkompüter hazırlanıb

İnkişaf edən texnologiya ilə kompüterlər də inkişaf etməyə davam edir. Bu inkişafda növbəti addım superkompüterlər olacaq.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstraliyalı alimlər insan beyni kimi 1 saniyədə 228 trilyon sinaptik əməliyyat həyata keçirə bilən neyromorf superkompüterin yaradılması prosesində olduqlarını açıqlayıblar.

Son zamanların ən populyar texnologiyalarından biri olan süni intellektin işləməsi üçün çoxlu emal gücü tələb olunur. NVIDIA-nın yeganə təchizatçı olduğu bu sahədə istehlak olunan enerji də kifayət qədər yüksəkdir. Qlobal istiləşmə ilə mübarizə aparmaq üçün dünyanın karbon emissiyalarını azaltmaq səyləri bu enerji istehlakından mənfi təsirlənir. NVIDIA serverləri əksər kiçik ölkələrlə müqayisədə daha çox enerji istehlak edir.

Bu problemin həlli bizim kompüterlərimizdədir, lakin bu kompüterlər stolüstü kompüterlər və ya noutbuklar deyil, "boyun üstü" kompüterlərimiz olan beynimizdir. İnsan beyni üçün ətrafımızdan gələn mürəkkəb və çeşidlənməmiş məlumatları qəbul etmək və işimiz üçün lazım olanları vurğulamaq olduqca asandır. Üstəlik, elektron cihazlarla müqayisədə çox az enerji sərf edir.

Buna görə Qərbi Sidney Universitetinin alimləri "DeepSouth" adlandırdıqları neyromorfik superkompüter layihəsində insan beynini nümunə götürübər. Tamamlandıqdan sonra bu maşın insan beynindəki neyron şəbəkəni və həmin şəbəkənin hərəkətlərini insan beyninə ekvivalent səviyyədə təqlid edə biləcək.

Tədqiqatçılardan professor Andre van Schaik deyir ki, insan beynindəki sinir döyüntülərini GPU və CPU ilə təqlid etmək çox yavaş və səmərəsizdir və öz sistemləri bunu dəyişəcək. Yeni maşın biotibbi tədqiqatlar, robototexnika, kosmik tədqiqatlar və geniş miqyaslı süni intellekt modellərində istifadə olunacaq.

"DeepSouth", əksinə, çox kiçik məlumatları çox tez ötürmək və emal etmək məqsədi daşıyır. "Dell" və "Intel" tərəfindən də dəstəklənən layihənin məqsədi ən güclü cihazı hazırlamaq deyil, ən sürətli və ən səmərəli sistemi yaratmaqdır. Ola bilsin ki, "DeepSouth" gələcəkdə yeni tədqiqatlara və hesablamaları dəyişdirməyə yol açacaq yanaşmada ilk addımları atır.

"DeepSouth"un 2024-cü ilin aprelində fəaliyyətə başlaması gözlənilir. "DeepSouth"un tutumu ehtiyacdan asılı olaraq artırıla və ya azaldıla bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »