Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT İsrailə "dur" dedi
BMT İsrailə "dur" dedi

Birıəşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisi İsraili Qəzzada atəşi dayandırmağa çağırıb. Bu, Misirin hazırladığı və Türkiyə də daxil olmaqla 100 ölkənin təqdim etdiyi layihə əsasında çıxarılmış qətnamədir.

BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamənin lehinə, 10 ölkə əleyhinə səs verib. Qərarın əleyhinə səs verənlər: Avstriya, Çexiya, Qvatemala, Liberiya, Mikroneziya, Nauru, İsrail, ABŞ, Paraqvay və Papua-Yeni Qvineya oldu.

BMT faktik olaraq, ABŞ-ın təkidinə baxmayaraq, İsraildən humanitar atəşkəs tələb edib. Daha əvvəl rəsmi Vaşinqton İsraildən HƏMAS yox edilənə qədər atəşin dayandırılmamasını istəmişdi. Hətta Benyamin Netanyahunun koalisiya ortağı olan partiyanın ABŞ-a bağlı liderinə: "Atəşkəs qərarı verilərsə, biz hökumətdən çəkiləcəyik," dedirtmiş və beləlikıə, baş naziri təhdid etmişdi. Ancaq Türkiyə başda olmaqla 100 dövlət Qəzzada atəşin dayandırılmasını tələb etdi və müsbət qərar çıxarılmasına nail oldu.

S.Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »