Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şüuraltının "ayna"sı... Darıxdığımız zaman qarşımızdakı vərəqdə niyə cızma-qara edirik?
Şüuraltının "ayna"sı... Darıxdığımız zaman qarşımızdakı vərəqdə niyə cızma-qara edirik?

Bəzilərimiz uzun telefon danışığı, darıxdırıcı görüş və ya dözülməz mühazirə zamanı qarşımızdakı kağıza nəsə cızmaqdan çəkinə bilmirik. Bəs niyə darıxdığımız zaman belə bir şey edirik?

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bu cızma-qaralar bəzən xətlərdən, bəzən rəsmlərdən, bəzən də rəqəmlərdən ibarət ola bilər və bunu etmək bizi çətin anlarda rahatlaşdırır.

Sual budur ki, bu vərdişin faydası varmı?

Qaralamalar üzərində indiyə qədər aparılan ən böyük araşdırmalardan biri Plimut Universitetinə aiddir

Tədqiqatda iştirakçılara darıxdırıcı səsli mesaj dinləməyə məcbur edilib və bu müddət ərzində onlardan bəzilərinə əllərinə qələm alaraq müəyyən həndəsi formalardan istifadə etməyə və cızma-qara etməyə icazə verilib. Nəticə etibarı ilə cızma-qara edənlərin söhbətdəki məlumatları sonradan daha yaxşı xatırladıqları görünür.

Tədqiqatçıların fikrincə, bunun səbəbi uzun söhbət zamanı insanların zehninin dolaşmağa başlaması və monotonluğu pozmaq üçün maraqlı bir şey axtarmaqdır.

Deməli, içində olduğumuz mühit beynimiz üçün maraqlı bir şeylə məşğul olmağa imkan vermirsə, həllini daha çox kağıza nəsə cızmaqla tapırıq. Bu şəkildə cansıxıcı mühitə uyğunlaşmağa və diqqəti yayındırmağa qarşı mübarizə aparmağa davam edirik.

Digər tərəfdən, cızma-qara etməyən insanların diqqətinin dağılma nisbəti daha yüksəkdir

Yenə eşitdiklərini eşitməmək, anlamamaq kimi hallar bu insanlarda daha çox müşahidə edilir. Cızma-qara sizin ideyalarınızı dəqiqləşdirməyə kömək edir. Bu səbəbdən yazıçılar cızma-qara yazmağı çox sevirlər.

Məsələn, Aleksandr Puşkin, yəqin ki, şeirlərindəki simaları, insanları kağızlarının kənarına çəkərək təxəyyülündə canlandırardı. Eyni şey Dostoyevski üçün də keçərlidir.

Bu vərdiş həm də kəşf şüurunu artırır

Yəni qələm və kağızı bir yerə qoyduğunuz anda beyniniz aktiv işləməyə başlayır. Bu, yaradıcılığı darıxdıran bəzi duyğulardan uzaqlaşmağa kömək edir.

Bir çox tədqiqatçı bildirir ki, istər-istəməz etdiyimiz cızıqlar sayəsində şüuraltımızda baş verənlər haqqında təsəvvür əldə edə bilərsiniz.

Xülasə, məşhur inancın əksinə olaraq, cızma-qara boş bir fəaliyyət deyil, sizi bir çox cəhətdən irəli aparacaq bir vərdişdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »