“Ermənistanın 30 illik işğalı Qarabağda çox böyük bir məhvə səbəb oldu. Onlar həm yeraltını, həm də torpağın üst hissəsini istismar edirdilər. Ermənilər həm coğrafi, həm də mədəni baxımdan soyqırım törədiblər. Bəlkə də bu, bizim ən çox danışmalı olduğumuz məsələlərdən biridir. Yenidən Qarabağın bir şəkildə inşa edilməsi, vətəndaşlar üçün açılması lazımdır. Ancaq bunun üçün hələ də böyük maneələr var”.
Bu barədə Bizimyol.info xəbər portalına xüsusi müsahibəsində Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar danışıb. Ekspertin fikrincə, hazırda hərbi mənada fiziki təhdidlər aradan qaldırılmış olsa da, ermənilərin geridə qoyub getdiyi problemlər var. Belə ki, ərazilərin minalanması, hələ də Qarabağın ən böyük problemidir.
“Bilirsiniz ki, 44 günlük müharibədə işğaldan azad edilmiş ərazilərdə çox böyük bir mina problemi oldu. Bütün ərazilərin təmizlənib, təhlükəsiz hala gətirilməsi lazımdır. Qarabağın ətrafdan gələn təhdidlərə qarşı qorunması lazımdır. Çünki, təhdidlər hələ bitməyib. Vəziyyəti sabitləşdirmək və sabitliyi hərhnası bir şəkildə təmin etmək lazımdır”-deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, hələ bölgə stabil hala gəlməyib. Daimi sülhə ehtiyac var. Lakin Ermənistan bu sülhlə bağlı bir çox şərtlər qoyur. Bu şəraitdə vəziyyət gərginləşir.
“Ermənistanın 44 günlük müharibənin uduzmasının bir çox nəticələri oldu. Burada çoxlu öhdəliklər götürülüb. Bu öhdəliklər yerinə yetirilmir”-deyə Abdullah Ağar vurğulayıb.
Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağarın Qarabağ və İsrail-Həmas müharibəsi ilə bağlı xüsusi müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info