Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ və Qərbin, xüsusilə Fransanın Ermənistan siyasəti ölkələri Rusiya ilə toqquşmaya aparacaq"
"ABŞ və Qərbin, xüsusilə Fransanın Ermənistan siyasəti ölkələri Rusiya ilə toqquşmaya aparacaq"

"Ermənistan son zamanlar NATO üzvü olan Fransa ilə ciddi yaxınlaşma aparır. Artıq Fransa Ermənistana hərbi texnika göndərir. Bu günlərdə Poti limanından “Bastion” zirehli avtomobillər göndərilir. Eyni zamanda Ermənistanda olan Avropa İttifaqı missiyasının sayını artırmaq, onların funksiyalarını genişləndirmək istəyirlər. Yəni Ermənistanda vəziyyət getdikcə gərginləşəcək".

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Elşad Həsənov bildirib ki, Rusiya Ermənistandan çıxarılmasına imkan verməz. Çünki onların hərbi müttəfiqlik müqaviləsinin 47-ci ilə qədər müddəti var.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Bu haqda Rusiya Xarici İşlər naziri Lavrov öz çıxışında bildirdi ki, "Cənubi Qafqazdan, xüsusilə Ermənistandan getmək fikrimiz yoxdur". Bu səbəbdən də, ABŞ və Avropanın, xüsusilə Fransanın Ermənistanda apardığı siyasət nəticəsində bölgədə həmin qüvvələrlə Rusiya arasında toqquşma gözlənilir. Bu da, sözün əsl mənasında, Erməni xalqının “başında partlayacaq” və ən böyük zərəri də Ermənistan çəkəcək”-deyə politoloq bildirib. O, qeyd edib ki, Azərbaycan artıq öz sərhədlərini, suverenliyini bərpa edib. Bu səbəbdən də sülh müqaviləsinin imzalanmasını istəyir.

“İstəyirik ki, kommunikasiyalar açılısın və qonşu Ermənistanla normal şəraitdə yaşayaq. Bu cür "gələcək" istəmirlərsə, onların öz fikridir. Biz öz sərhəddimiz daxilində bərpa və quruculuq işləri ilə məşğuluq. Ermənistanın da daxili işlərinə qarışmırıq”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »