Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna müharibəsinin təsiri artdıqca, rus sülhməramlılarının Qarabağdan "gediş"i sürətlənəcək"
"Ukrayna müharibəsinin təsiri artdıqca, rus sülhməramlılarının Qarabağdan "gediş"i sürətlənəcək"

19-20 sentyabr tarixlərində Azərbaycanın öz torpaqlarında keçirdiyi 1 günlük lokal antiterror tədbirindən sonra Qarabağın erməni əhalisi könüllü şəkildə Qarabağdan çıxmağa qərar verdi. Bir müddət sonra isə qondarma rejim özünü buraxdı. Yəni artıq Qarabağda demək olar ki, sepratçı rejimin qalıntıları yoxdur. Amma 10 noyabr 2020-cil il tarixində imzalanan 3 tərəfli bəyannamədən sonra həmin əraziyə Rusiya öz sülhməramlılarını yerləşdirdi. Və onların 2025-ci ilə qədər müvəqqəti xidmət dövrünün olduğu vurğulandı. Tarixi torpaqlarımız işğaldan azad edildi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdi. Bu gün Azərbaycan torpaqlarında Rusiya sülhməramlılarına ehtiyac varmı?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, erməni əhalisinin qalmamasını nəzərə alaraq, rus sülməramlılarının Azərbaycan ərazisində qalmasına faktiki olaraq ehtiyac yoxdur. Ancaq imzalanan bəyannaməyə görə, sülhməramlılar hazırda həmin ərazidə müvəqqəti saxlanılır.

Samir Hümbətov Samir Hümbətov

“Bir müddət sonra Azərbaycan dövləti tərəfindən rus sülhməramlılarının həmin ərazilərdən çıxarılması üçün danışıqlar aparılacaq. Yəni rus sülhməramlılarının orada qalmasının əsas səbəbi odur ki, Rusiya hələ də ümid edir ki, bəlkə ermənilər yenidən geri qayıdarlar. Amma hadisələrin gedişi onu göstərir ki, ermənilərin Qarabağa qayıtması məsələsi o qədər də real hesab olunmur. Böyük ehtimalla, qayıtmayacaqlar”-deyən politoloq hesab edir ki, Ukrayna müharibəsinin təsiri artdıqca, rus sülhməramlılarının Qarabağ ərazisindən çıxarılması daha da yaxınlaşa bilər və onlar 2025-ci ilə qədər qalmaya bilərlər.

Politoloq əlavə edib ki, faktiki müqavilənin müddəti 2025-də bitir.

“Artıq müqavilənin şərtləri pozulub. Ermənistan tərəfinin icra etməməsi və Qarabağ ermənilərinin köçməsi müqavilənin şərtlərinin pozulmasına gətirib çıxarıb. İndiki vəziyyətdə 2025-ci ilə qədər də qalmağa ehtiyac yoxdur. Hər bir halda yenə də, bu məsələ 4 tərəfli danışıqlardan və komissiyaların aldığı qərarlardan aslıdır. Yəqin ki, yaxın zamanlarda bununla bağlı hansısa bir məlumat paylaşılar”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »