Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni model Armine Arutyunyan terror təşkilatına qoşulub... Azərbaycanı hədələdi!
Erməni model Armine Arutyunyan terror təşkilatına qoşulub... Azərbaycanı hədələdi!

Azərbaycanın Qarabağ qələbəsindən sonra erməni model Armine Arutyunyan qalmaqallı addım atıb. O, erməni model terror təşkilatı "Vamo"ya qoşulduğunu və Azərbaycanı hədələdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuat məlumat verib.

Hadisələri dərhal oxucularına çatdıran dünya mətbuatı Türkiyənin bölgədə oynadığı rola diqqət çəkir. Azərbaycanın qələbəsindən sonra Ermənistanda xaos hökm sürür. Bir çox ekspertlər Ermənistan lideri Paşinyanı çətin günlərin gözlədiyini bildirirlər və bu arada erməni əsilli model Armine Arutyunyandan qalmaqallı açıqlamalar gəlib.

Arutyunyan erməni terror təşkilatı "Voma"ya qoşulduğunu açıqlayıb. Silah görüntüləri yayılan Arutyunyan Azərbaycanı hədələyən açıqlamalar verib.

Erməni terror təşkilatı Azərbaycanı hədələyərək Bakıya müharibə elan edəcəklərini bildirib. "Vamo" terror təşkilatına PKK və ASALA terror təşkilatları da daxildir.

Azərbaycan sentyabrın 20-də keçirdiyi əməliyyatla Dağlıq Qarabağa nəzarəti ələ keçirib. Dağlıq Qarabağdakı erməni separatçıları silahları yerə qoyaraq təslim olamağa və “regionun Azərbaycanla reinteqrasiyası” üçün Bakı administrasiyası ilə danışıqlar aparmağa razılaşıblar.

bir daha təsdiq olundu ki, 1991-ci ildə Sovet İttifaqının dağıldığı zama Dağlıq Qarabağ rəsmən Azərbaycanın ərazisi olub və heç bir ölkə, o cümlədən Ermənistan regionda separatçı ermənilərin qurduğu "Dağlıq Qarabağ Respublikası"nı tanımayıb.

Ermənistan hökuməti Azərbaycanın Qarabağı nəzarətə götürməsindən sonra bölgədə yaşayan yüz mindən çox erməni əsilli əhalini Ermənistana köç etdiyini açıqlayıb. Ermənistan səfiri Edmon Marukyan nümayəndə heyətinin boş Qarabağla qarşılaşacağını və bunun “etnik təmizləmə” olduğunu iddia edib, Azərbaycan isə “etnik təmizləmə” ittihamlarını rədd edib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Azərbaycan Dağlıq Qarabağdakı ermənilərin regionda qalmasını və ölkənin çoxmillətli cəmiyyətinin bir hissəsi olmasını istəyir”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »