Sentyabrın 26-da Bakı Ali Neft Məktəbində tələbələr üçün süni intellektlə bağlı təlim keçiriləcək.
İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
F.Cəfərov qeyd edib ki, təlimdə 4SİM-in fəaliyyəti, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat barədə məruzələr dinləniləcək.
Mərkəzin icraçı direktoru digər universitetlərdə də belə təlimlərin keçiriləcəyini diqqətə çatdırıb.