Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Mask nəhayət icazə aldı, indi beyin çipi üçün könüllülər axtarır
Elon Mask nəhayət icazə aldı, indi beyin çipi üçün könüllülər axtarır

Amerikalı sahibkar İlon Maskın "Neuralink" şirkəti ABŞ-da beyin çipini insanlar üzərində sınaqdan keçirmək üçün icazə aldığını açıqlayıb. Şirkət implantı iflic olan insanlarda sınaqdan keçirməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, "SPACEX" və "Tesla" şirkətlərinin sahibi İlon Maskın beyin implantı şirkəti "Neuralink" beyin çipinin insanlar üzərində ilk klinik sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə aldığını açıqlayıb.

Keçən il FDA "Neuralink"in insan sınaqlarını sürətləndirmək tələbini rədd etmişdi. Şirkətdən verilən açıqlamada, layihə təsdiqlənəndən sonra "Neuralink"in klinik sınaqlarda iflic olan insanlar üçün beyin implantını (çip) sınaqdan keçirmək üçün könüllü xəstələr axtardığı bildirilib.

Altı il davam etməsi planlaşdırılan təcrübələrdə implantın onurğa beyni zədələnməsi nəticəsində iflic keçirən xəstələr üzərində sınaqdan keçiriləcəyi paylaşılsa da, tədqiqatların harada, neçə və hansı qurumun iştirakçı ilə aparılacağı barədə məlumat verilməyib.

Daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən implantın beyindəki siqnallarda müvəffəqiyyət əldə olunduğunu şərh edərək cihazlara köçürdüyü iddia edilib.

Klinik sınaqlar nəticəsində beyin implantının təhlükəsiz olduğu sübuta yetirilsə də, ekspertlər "Neuralink"in kommersiya istifadəsinə icazə alması üçün 10 ildən çox vaxt lazım ola biləcəyini hesab edirlər. İllər əvvəl ABŞ mətbuatında əks olunan xəbərlərdə şirkətin keçmiş işçiləri heyvanlar üzərində aparılan təcrübələrlə bağlı mənfi təcrübələr yaşadıqlarını bildirmişdilər.

Sözügedən çip robot vasitəsilə beynin hərəkəti idarə edən hissəsinə cərrahi yolla daxil ediləcək. İştirakçılardan kompüter kursorunu və ya klaviaturanı yalnız düşüncələrinin gücü ilə idarə etmələri gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »