Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada turizm "Covid-19"dan əvvəlki səviyyələri keçib
Avropada turizm "Covid-19"dan əvvəlki səviyyələri keçib

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin birinci yarısında Avropa İttifaqına (Aİ) üzv ölkələrdə turistlərin gecələməsi ilə bağlı məlumat dərc edib.

Bizimyol.info xəbər verir ki, müvafiq olaraq, epidemiyadan mənfi təsirlənən Aİ turizm sektoru bu il bərpa olunub.

Bu ilin birinci yarısında Aİ ölkələrində turizm obyektlərində yerləşmələrin sayı son 10 ilin birinci yarısında ən yüksək həddə çatıb.

Pandemiyadan əvvəlki 2019-cu ilin ilk 6 ayında 1 milyard 182 milyon olan turizm obyektlərində gecələmələrin sayı 2023-cü ilin eyni dövründə 1 milyard 193 milyona çatıb. Belə ki, bu ilin birinci yarısında Aİ ölkələrində turizm obyektlərində gecələmələrin ümumi sayı epidemiyadan əvvəlki 2019-cu illə müqayisədə 11 milyon nəfər çox olub.

Bu ilin ilk 6 ayında gecələmələr ötən illə müqayisədə 12,9 faiz artıb. Digər tərəfdən, AB ölkələrində turizm Covid-19 epidemiyası və həyata keçirilən sərt tədbirlər səbəbindən 2020-ci ildə dayandı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »