Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arayik Arutyunyan istefa verib, amma haradan...
Arayik Arutyunyan istefa verib, amma haradan...

Azərbaycan ərazisində yaradılmış qondarma "Qarabağ Respublikasının" qondarma prezidenti Arayik Arutyunyan istefa verir.

Bizimyol.info xəbər verir ki, Ermənistanın “Armenpress” dövlət agentliyinin məlumatına görə, bu barədə Arutyunyanın bəyanatında bildirilib.

"Sabah "Artsax Respublikası"nın xalqına və "Milli Assambleyasına" "Artsax Respublikası"nın "Prezidenti" vəzifəsindən istefa məktubu təqdim edəcəyəm. Mən bu barədə qəti qərar qəbul etdim. Son həftələrdə bütün daxili və xarici oyunlara, mənim geniş ictimai əlaqələrimi məhdudlaşdırmaya cavab olaraq iki gün əvvəl qərar verdim. Bu, məndə olan məlumatların təhlili əsasında yalnız mənim tərəfimdən verilmiş düşünülmüş bir qərardır", -deyə Arayik qeyd edib. O, əlavə edib ki, Qurgen Nersisyanın "baş nazir" vəzifəsindən azad edilməsi barədə qərarı o imzalayıb və onun vəzifəsinə geniş səlahiyyətlərə malik olacaq Təhlükəsizlik Şurasının katibi Samvel Şahramanyan təyin edilib.

Arayik Arutyunyan 2020-ci ilin martında "DQR" prezidenti seçilib. 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Qarabağda və Ermənistanda bir çox siyasi qüvvələr onun istefasını tələb edərək, hərbi əməliyyatların uğursuz nəticəsinə görə məsuliyyət daşıdığını bildiriblər.

Qeyd edək ki, dünyada və eləcə də, dünyanın bütün dövlətləri, həmçinin beynəlxalq təşkilatları tərəfindən tanınmış Azərbaycan Respublikası ərazisində "Artsax Respublikası" deyilən bir ərazi subyekti yoxdur. Deməli ki, olmayan subyektin idarəetmə sistemi də ola bilməz. İdarəetmə sistemi yoxdursa, oradahər hansı vəzifə də ola bilməz ki, olmayan vəzifədən istefa vermək də yalnız ermənilərin və ruhi xəstələrin düşüncə tərzi ilə həmahəg oln nəsnədir. Azərbaycanın Qarabağ iqtisadi zonası daxilindəki bəzi ərazilər erməni separatçılığının davam etməməsi məqsədi ilə müvəqqəti olaraq, Rusiya sülhməramlılarının nəzarətinə verilib. Bütün dünya və hətta seperatçıların himayədarı olan Ermənistan da etiraf edib ki, bu ərazilər azərbaycanın tərkib hissəsidir. Azərbaycan Respublikasında isə yuxarıda da qey etdiyimiz kimi "Artsax Respublikası" deyilən bir anlayış mövcud deyilsə, Arayikin haradan istefa verməsi müəmmalı sualdır. Bu erməni ritorikası barədə isə heç düşünməyə dəyməz.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »