Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan melodiyaları ilə çox hüzünləndiyim zamanlar olub" - Türkiyə aktyoru Erdal Ayna
"Azərbaycan melodiyaları ilə çox hüzünləndiyim zamanlar olub" - Türkiyə aktyoru Erdal Ayna

Erdal Ayna, 19 ilə yaxındır Türkiyədə aktyorluq sənəti ilə məşğuldur. Əslində sosiologiya, fəlsəfə, klinik psixologiya təhsili alan Ayna bu sahələri aktyorluğa sintez edərək, canlandırdığı hər obrazda bu sahələrdən dəstək aldığını deyir. Erdal Aynanın ilk rol aldığı film “Qızıl Portağal” mükafatlı “Mavi Ring” filmi olub. Daha sonra “Arvadımı Gördünmü?”, “Qorxu Təqvimi”, “Şüursuz Eşq”, “1M 1K Adana Yollarında”, “Lacivert Gecə”, “Güven Bana”, “Elif Ana”, “Buğda dənəsi” kimi filmlərdə rol alıb. Rol aldığı filmlərdən biri olan “Şüursuz Eşq” və “Buğda Dənəsi” hazırda “Netflix” platformasındadır. “Exxen” platformasında “Öğrenci Evi”, “Savaşçı”, “Nazdar”, “Hıçkırık”, “Arka Sokaklar”, “Bəxtiyar Ölmez”, “Şevket Yerimdar” və s. digər filmləri yer alıb. Hazırda isə “Exxen” platformasında “Öğrenci Evi” yayımlanır. Selçuk Aydemirin “Tabi” platformasında və TRT1 -də yayımlanan “Təşkilat bizim işimizdir” artıq efirdədir. Eyni zamanda, Kanal D-nin yeni serialı olan Altan Dönmezin rejissorluq etdiyi “Dilektaşı” serialında qonaq aktyor rolunu alıb. Serial yeni mövsümdə yayımlanacaq.

Bu gün Bizimyol.info xəbər portalının müsahibi Türkiyəli aktyor Erdal Aynadır….

- Erdal bəy, Azərbaycan tamaşaçısı sizi “Elif Ana” filmi ilə tanıyır, bu filmdə rol almaq necə bir hissdir?

- “Elif Ana” filmi mənim üçün çox xüsusi layihə idi. Çünki aktyorların çoxu uşaq vaxtı heyran olmağa başladığımız ustad aktyorlar idi. Onun hekayəsi də dəyərli idi, rejissoru da dəyərli idi. Belə bir hekayədə Turqay Tanülkü kimi ustadın canlandırdığı obrazın gəncliyini oynamaq mənim üçün şərəf idi. Mənim üçün az səhnələri olan, lakin ən çox həzz aldığım layihələrdən biri idi.

Düşünürəm ki, Azərbaycan tamaşaçısı məni Doğan Ümit Karaca və Volkan Kapkının rejissorluq etdiyi “Döyüşçü” serialından daha yaxşı tanıyır. Kunti mənim üçün xüsusi bir xarakter idi.

Hazırda Türkiyənin Diyarbəkir şəhər teatrlarında aktyor və rejissor kimi fəaliyyət göstərməklə yanaşı, seriallarda və kino layihələrində oynamağa davam edirəm.

- Bu filmi yaradıcılığınız üçün bir fürsət hesab edirsinizmi?

- Şübhəsiz ki, ustadlarla eyni layihədə iştirak etmək mənim kimi gənc aktyor üçün yaxşı fürsət idi və onlarla eyni səhnələri paylaşmaq və ya eyni filmdə çəkilmək mənim üçün hədsiz qürurverici idi. Çəkilişdən kənarda da, ustalarımızdan çox şey öyrəndik. Təəssüf ki, həmin komandadan Muhlis Asan adlı böyük qardaşımızı itirdik. Ona Allahdan rəhmət diləyirəm.

Belə düşünün, siz 20 ildir ki, aktyorluq edirsiniz, o ustalar 50 ildir... Bu film, mənim üçün böyük bir şans idi.

- Film, serial və ya başqa formatlı bir ekran əsəri üçün Azərbaycana dəvət edilsəniz, razı olarsınızmı?

- Mən həmişə Azərbaycana gəlmək istəmişəm. Çünki orada bir çox filmlərim nümayiş olunub. Amma oraya gəlmək qismət olmayıb. Əslində çoxlu dəvət almışam. Hələ beynimə, ürəyimə xitab edən iş olmayıb ki, "bu layihəyə getməliyəm" deyim. Təbii ki, yaxşı layihə və ssenaridə "göz qamaşdıran" xarakter gəlsə, çox istərdim. Orada da səhnəyə çıxmaq mənim üçün maraqlı bir macəra olardı.

Həmçinin orada çoxlu aktyor və musiqiçi dostlarım var. “Döyüşçü” serialında birlikdə işlədiyim Kənan M.M, musiqiçi Rubail... və orada çoxlu dostlarım var. Azərbaycan musiqisini çox sevirəm, Aytən Rəsulun pərəstişkarıyam... Rubaili çox sevirəm... Azərbaycan melodiyaları ilə çox hüzünləndiyim zamanlar olub.

Ümid edirəm ki, bir gün yaxşı layihə ilə Azərbaycana gəlmək qismət olar.

- Erdal bəy, aktyorlar mütləq başqa sənət növlərini də bilir. Sizin hansı bacarıqlarınız var?

- Məncə, oyunçu çoxyönlü olmalıdır. Ədəbiyyatdan, musiqidən, ictimai elmlərdən, bir sözlə, onu qidalandıracaq cəmiyyətə daha yaxın, daha səmimi xarakter yaratmağa xidmət edəcək bir çox sahələrdən qidalanmaq lazımdır. Sosial elmlərlə yaxından bağlıyam. Məncə aktyorluq məktəblərində sosiologiya, fəlsəfə və psixologiya tədris olunmalıdır. Rəqs, musiqi alətləri çox önəmlidir.

Bir müddətdir ki, alət kursuna gedirəm. Eyni zamanda atçılıq kursuna gedirəm, həm də müğənnilik təhsili.

Aktyor nə qədər çox yönlüdürsə, onun oynaya biləcəyi rolları almaq şansı da bir o qədər çox olur. Çünki oynadığımız obrazlar yaxşı səsli müğənnilər ola bilər, ozanlar ola bilər, bağlama ifa edənlər ola bilər. Bir çox rollarda oxumuşam, çox şeir oxumuşam, bağlamada mahnı ifa etmişəm. Rəqsə ehtiyac duyulan obrazlarda da ifalarım olub. Bu rolları yaxşı oynaya bilmək üçün onları yaxşı öyrənməlisiniz.

- Türkiyədə hər hansı bir film və ya serialda “Mən orda olsam, bu rolu daha yaxşı oynayardım” dediyiniz rol varmı?

- Açığı, mən xarakter dramaturgiyasını yaxşı bacardığımı düşünürəm. Mənə elə gəlir ki, bu, teatrdan gələn bir ənənədir...

Mən bir çox aktyorluq üsullarını sınamışam. İndi aktyorluq metodu kimi Erik Morris üsullarına üstünlük verirəm. Düşünürəm ki, aktyor biologiyası buna uyğundursa, istənilən rolu oynaya bilməlidir. Çünki sizin bioloji quruluşunuz aktyorluqdakı bəzi obrazlara uyğun gəlməyə bilər.

Məncə, kastinq daha çox insanın personajı çəkə bilməsinə uyğun aparılmalıdır. Məsələn, mən arıq adamam. Yenə də kök adam əhvalında kök insanı oynamaq istərdim. Bu, sadəcə və sadə bir misaldır. Buna güvənən aktyor bioloji amillərdən başqa istənilən rolu oynaya bilər. Oynamağı bacarmalıdır...

- Heç bir zaman rol almaq istəmədiyiniz bir mövzu varmı? Məsələn “bu mövzuda oynamaram” dediyiniz…

- Rolundan asılı olmayaraq hər bir layihədə sülhə, azadlığa əsaslanan əsərlərdə oynayıram. Elə işlərimiz var ki, biz sadəcə iqtisadi məsələlərə görə oynayırıq. Amma mən siyasi ideologiyaları aşan və güclü alt mətnləri olan humanitar və sosial işlərdə yaxşı rol oynamağa üstünlük verirəm. Bunlar məni həyəcanlandırır...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »