Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranın Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməsi vacib məsələdir"
"İranın Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməsi vacib məsələdir"

İran hər zaman İsrail-Azərbaycan münasibətləri istismar etməyə çalışıb və ölkələr arasında yaxın münasibətlərin yaranmasını arzulamayıb. Son günlər İsrail-Azərbaycan yaxınlaşması “qonşu” ölkəyə o qədər təsir edib ki, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamalarında yer verilir. Azərbaycanla bir türlü münasibətlərini yoluna qoya bilməyən, Azərbaycan səfirliyinə qarşı terror aktı hazırlayan, Azərbaycan daxilində çaxnaşmalar yaradan rejim çəkinmədən Azərbaycanın daxili işlərinə, daxili siyasətinə də müdaxilə edir...

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan-İsrail əməkdaşlığının genişlənməsinin İrana heç bir aidiyyatı və mənfi təsiri yoxdur.

Azər Badamov Azər Badamov

Deputatın fikrincə, İran XİN-in “müsəlman ölkələrin rəhbərləri sionist rejimin hər zaman öz maraqlarını güddüyünə diqqət yetirməlidir” deməsi İranın İsrailə olan düşmənçilik münasibətindən irəli gəlir.

Azər Badamov qeyd edib ki, İran əgər müsəlman təəssübkeşliyini çəkirsə, müsəlman həmrəyliyini nümayiş etdirərək, Azəraycana qarşı təxribatlar törətdiyinə görə Ermənistana etirazını bildirməlidir.

“Azərbaycanın xarici siyasətində bütün qonşu dövlətlərlə əməkdşlıq və dostluq münasibətlərini davam etdirmək prioritetdir. O cümlədən, İran da qonşumuzdur və iki ölkə arasında münasibətlər dövrün ən çətin dövrünü yaşasa da, yenidən əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Burda sadəcə İranın Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkərək ədalətli mövqe sərgiləməsi vacib məsələdir”-deyə deputat vuğrulayıb. O, bildirib ki, 17 iyulda Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran İslam Respublikasına səfər etməsi və yol və şəhərsalma naziri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Mehrdad Bəzirpaş arasında İranın Astara şəhərində görüş keçirilməsinin məqsədi də ölkələrimiz arasında donmuş halda olan əməkdaşlığı yenidən canlandırmaq və razılaşdırılmış layihələrin icrasını yenidən sürətləndirmək məqsədi daşıyır.

“İran ermənipərəst mövqeyindən əl çəkərək Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə üstünlük verərsə, bu, ilk növbədə İranın özü üçün də çox əhəmiyyətli olacaq”-deyə Azər Badamov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »