Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu gün nəinki silahlı qüvvələr, həmçinin müdafiə sənayesi sektorunda da ciddi irəliləyişlər var"
"Bu gün nəinki silahlı qüvvələr, həmçinin müdafiə sənayesi sektorunda da ciddi irəliləyişlər var"

Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların və texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib. Prezident deyib ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir, Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır.

“Azərbaycan silahlı qüvvələrinin inkişaf dövrünə nəzər salsaq, bu gün biz artıq ordumuzun təkcə inkişafından deyil, həm də, modelləşməsindən və yenilənməsindən danışa bilərik. Bu gün dünyada Azərbaycan ordu modeli mövcuddur. Silahlı qüvvələrimizin üstünlüyü ondan ibarətdir ki, həm postsovet məkanında istehsal olunan silahlar, həm NATO standartlarına uyğun olan çapda olan silahlar, dünya ordularının ən yaxşılarını, ən uyğun olanlarını özündə cəmləşdirən bir Azərbaycan modeli ortaya qoyub. Bu, özünü silahlı qüvvələrimizin yenilənməsi prosesində də, silah texnika parkının yenilənməsində də özünü göstərir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib ki, ölkəmizin hava hücumundan müdafiə sistemi, roket sistemləri, artireliya sistemləri, roket qüvvələri, roket artilleriya qüvvələri və digər qoşun növləri, hərbi hava qüvvələri tam komplektləşmiş bütöv bir tam ordu formatında olan bir hərbi struktura çevrilib.

Ramil Məmmədli Ramil Məmmədli

Hərbi ekspert qeyd edib ki, qarşıda Azərbaycan ordusunu daha böyük sınaqlar gözləyir. Yəni bu ehtimal hər zaman var. Və mövcud reallıqları nəzərə alaraq, bu istiqamətdə müəyyən islahatlara da ehtiyac var.

“Bu gün nəinki silahlı qüvvələr, həmçinin müdafiə sənayesi sektorunda da ciddi irəliləyişlər mövcuddur. Azərbaycan müdafiə sənayesi sektoru öz ordusunu özü silahlandırır. Yəni, milli silahlarımızla silahlandırır. Potensialımız böyükdür və nəinki ordunun potensialını gücləndirmək üçün, həm də satınalmalar həmçinin, yerli istehsalın da stimullaşdırılması istiqamətində işlər həyata keçirilir. Prezidentin toxunduğu məqamlarda da əsas istiqamətlər bunlardır”-deyə ekspert qeyd edib.

O ki ,qaldı yeni silahlı birləşmələrin yaradılması məsələsinə, ekspertin fikrincə, burada ali baş komandan quru qoşunları nəzərdə tutur. Quru qoşunların tərkibində mövcud olan komanda birləşmələrini, xüsusi təyinatlı qüvvələrin genişlənməsini, hərbi dəniz qüvvələrinin və dəniz piyadalarının şəxsi kollektivinin sayının artırılması, silah texnika parkının gücləndirilməsi istiqamətində aparılan işləri nəzərdə tutulur.

Ramil Məmmədli hesab edir ki, bu gün artıq Azərbaycan silahlı qüvvələri haqqında danışarkən biz tam peşəkar bir ordudan danışa bilərik.

İradə Cəlil, Bizimyol. info

Son xəbərlər
Bütün xəbərlər »