Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pulumuzu necə saxlayaq - bank, qızıl, dollar... - Video
Pulumuzu  necə saxlayaq - bank, qızıl, dollar... - Video

Əlimizə bir qədər pul düşən kimi düşünürük, pulumuzu harda saxlayaq? Bank desən, inanmırıq. Çünkü bankların bağlanmasına hər gün şahid oluruq. Qızıl? Qızıl da alındığı qiymətə satışa getmir? Manatla saxlasaq, manat dəyərdən düşə bilər. Dollar üçün də deyirlər ki, hegemoniyasını itirəcək. Bəs pulumuz varsa, onu harda saxlamalıyıq?

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına müsahibəsində bizə maraqlı bir sual verir: “öncə baxaq görək, pulumuz varmı?”…

Pünhan Musayev Pünhan Musayev

İqtisadçının sözlərinə görə, son dövrlərin yüksək inflyasiyası, pandemiyadan sonra yaşanan müəyyən iqtisadi çətinliklər, əhalinin gəlirlərini kəskin səviyyədə aşağı salıb. Bununla bağlı yığım qabiliyyətinin zəifləməsi də ortaya çıxıb.

Pünhan Musayev bildirib ki, Azərbaycanda ümumiyyətlə topluluğun özünün müəyyən qədər riskdən müdafiə olunması, riskdən mühafizə olunma istəyi var. Bu da təsadüfi deyil. 90-ci illərdə özəlləşdirmə ilə bağlı məsələlər, və yaxud da əmanət bankları ilə bağlı qeyri müəyyənliklər, müəyyən dələduzluq halları var idi ki, bunlar müəyyən qədər toplumda maliyyə sektoruna inamı azalmışdı. Azərbaycan banklarına mən özüm də vətəndaş kimi etimad göstərirəm”-deyə iqtisadçı bildirib.

Pünhan Musayev bank sektoru ilə ətraflı fikirlərini bildirdikdən sonra vurğulayıb ki, qızıl da tarixən yatırım aləti hesab edilir. O, hesab edir ki, ancaq Azərbaycan toplumunda qızıl daha çox zinət əşyası kimi istifadə olunur. Azərbaycan toplumunun özünün müəyyən investitsiya maraqları və yaxud da investisiya fəaliyyətləri bir o qədər də zəngin, təkmil olmadığına görə orada hansısa addımlar atmaq məsələsi var ki, müəyyən risklərlə rastlaşa bilərlər.

Pulumuzu banka qoyaqmı? Yoxsa qızılmı alaq?

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »